Brayza Trampın Azərbaycanla bağlı planı haqda “Bu, onun üçün cəlbedici ola bilər”
Teleqraf.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Donald Tramp sövdələşmələr istəyir. Cənubi Qafqazda bir mümkün sövdələşmə var və bu da Azərbaycan və Ermənistan arasında sülh sazişidir. Tramp məsləhətçilərinə qulaq asarsa, bu, onun üçün cəlbedici layihə ola bilər”.
Teleqraf.com-un Gürcüstan bürosu xəbər verir ki, bunu beynəlxalq ekspert, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-nin Azərbaycanda sabiq səfiri və ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza “Exo Kavkaza” radiosuna müsahibəsində deyib.
O, ABŞ prezidentinin Cənubi Qafqaza diqqət edib-etmədiyini bilmədiyini vurğulayıb.
“Onun bəzi məsləhətçilərini tanıyıram. O regionu əlbəttə ki, çox yaxşı tanıyır. Bu məsələnin bir tərəfi. Digər tərəfi isə məsləhətçilərinin onu bölgəyə diqqət verməyə inandırmasıdır. Hesab edirəm ki, bu mümkündür”, - M.Brayza söyləyib.
Ekspertin sözlərinə görə, həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Ermənistanın baş naziri Nikol Paşinyan sülh sazişinə nail olmağı çox ciddi şəkildə istəyirlər və onlar buna hazırdırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 22 Yanvar 2025 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















