Icma.az
close
up
RU
Braziliya klublarına qarşı irqçilik onlar CONMEBOL dan çıxırlar?

Braziliya klublarına qarşı irqçilik onlar CONMEBOL dan çıxırlar?

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Cənubi Amerika Futbol Konfederasiyası - CONMEBOL-un prezidenti Braziliya klubları haqqında dediyi fikrə görə irqçilikdə ittiham olunub.

İdman.biz xəbər verir ki, Alexandro Dominges "Palmeyras"ın prezidenti Leyla Pereyranın U20 komandasının hücumçusu Luijinin gənclərin Libertadores kubokunda "Serro Portenyo" ilə matçda azarkeşlər tərəfindən təhqir olunmasından sonra Braziliya komandalarının CONCACAF konfederasiyasına mümkün keçmələri ilə bağlı sözlərini şərh edib.

CONMEBOL rəhbəri Braziliya klublarını Tarzan haqqında filmlərdəki personajlardan biri - Çita adlı şimpanze ilə müqayisə edib: "Braziliya klublarının qatılmayacağı Libertadores kuboku Çitasız Tarzan kimi olar. Bu, mümkün deyil”.

"Palmeiras"ın prezidenti isə bu açıqlamasına görə Domingesi tənqid edərək, onun sözlərini “təxribat” adlandırıb: “Alexandro Domingesin açıqlamasını görəndə etiraf edirəm ki, bunun doğru olduğuna inanmaq mənim üçün çətin idi. Hətta fikirləşdim ki, bəlkə bu video süni intellektdən istifadə edilərək yaradılıb.
Əslində, hətta süni intellektin belə fəlakətli bəyanat yarada biləcəyini düşünmürəm. "Palmeyras"ın oyunçularının Paraqvayda üzləşdikləri irqçilik hadisəsindən sonra CONMEBOL prezidentinin belə iyrənc müqayisəyə yol verməsi mümkün deyil. Hətta bu, "Palmeyras" və digər Braziliya klublarına qarşı təxribata bənzəyir”.

Daha sonra CONMEBOL rəhbəri dediyi sözlərə görə üzr istəyib: "Son açıqlamalarımla bağlı üzr istəyirəm. İstifadə etdiyim ifadə məşhur bir ifadədir və heç bir şəkildə kimisə aşağılamaq və ya gözdən salmaq niyyətində deyildim.

Libertadores kubokunu on üzv ölkənin klublarının iştirakı olmadan təsəvvür etmək mümkün deyil. Mən həmişə futbol və cəmiyyətdə hörmət və inklüzivliyin tərəfdarı olmuşam - bunlar CONMEBOL-un əsas dəyərləridir. Futbolu daha ədalətli, daha vahid və ayrı-seçkilikdən azad etmək üçün çalışmağa davam etmək öhdəliyimi bir daha təsdiqləyirəm".

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 19 Mart 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri