Braziliya millisi tarixində ilk dəfə Yaponiya yığmasına uduzub
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 14 oktyabr, AZƏRTAC
Futbol üzrə Braziliya milli komandası tarixində ilk dəfə Yaponiya yığmasına uduzub.
AZƏRTAC xəbər verir ki, bu məğlubiyyət yoldaşlıq oyununa təsadüf edib.
Matçın ilk hissəsi “sambaçılar”ın 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Cənubi Amerika təmsilçisinin heyətində Paulo Enrike və Qabriel Martinelli fərqləniblər.
Fasilədən sonra isə vəziyyət tamamilə dəyişib. Braziliya seçməsinin qapısından 3 top keçirən yaponlar əzmkar qələbə qazanıblar. Asiyalıların heyətində qolları Takumi Minamino, Keito Nakamura və Ayase Ueda vurublar.
Qeyd edək ki, bunadək komandalar arasında baş tutan 13 oyunun 11-i Braziliya millisinin xeyrinə başa çatıb, 2 görüşdə isə qalib müəyyənləşməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 14 Oktyabr 2025 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















