Braziliya millisində 60 ildən sonra ilk YAŞANDI
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Futbol üzrə Braziliya millisinə 1965-ci ildən sonra ilk dəfə əcnəbi baş məşqçi rəhbərlik edəcək.
Redaktor.az xəbər verir ki, bu gün yığmanın "sükanı arxası"na gətirilən italiyalı Karlo Ançelotti 60 ildən sonra "sambaçılar"ı çalışdıran ilk əcnəbi mütəxəssis olacaq.
Sonuncu dəfə millini əcnəbilərdən argentinalı Filpo Nunes çalışdırıb.
Qeyd edək ki, bu, Ançelottinin də ilk yığma komanda sınağı olacaq. 65 yaşlı baş məşqçi Braziliya seçməsini 2026-cı il dünya çempionatına hazırlayacaq. O, seçmə mərhələdə Ekvador (6 iyun) və Paraqvaya (11 iyun) qarşı keçiriləcək oyunlarda millini meydana çıxaracaq.
Baxış sayı:134
Bu xəbər 12 May 2025 21:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















