Braziliya millisində komandanı təkbaşına irəli apara biləcək başqa futbolçu yoxdur
Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Keçmiş Braziliya millisinin hücumçusu Ronaldo Nazario "Santos"un cinah oyunçusu Neymarı dünya çempionatında Braziliya millisinin start heyətində görmək istədiyini bildirib.
Sportal.az xəbər verir ki, əfsanəvi futbolçu jurnalistin Neymarın milliyə qayıtmaq haqda sualına belə cavab verib:
"Əlbəttə, start heyətində görmək istəyirəm. Bunun çox ciddi səbəbi var: Neymar oyunun taleyini həll edə bilən futbolçudur. Hazırkı millidə onun imkanlarına sahib başqa bir oyunçu görmürəm, komandanın qələbə qazanmasına təkbaşına kömək edə biləcək futbolçu yoxdur. Ona görə də, əgər ondan yararlanmaq imkanımız varsa, bunu əldən verməməliyik. Həkimlər ona oynamaq üçün icazə veriblər, fiziki cəhətdən yaxşı vəziyyətdədir və indi ona inanmayanların hamısını susdurmaq imkanı var. Mən özüm də 2002-ci ildə belə bir dönüş yaşamışam. Buna görə də Neymarı tam dəstəkləyirəm".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:194
Bu xəbər 29 İyun 2026 00:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















