Braziliya millisinin sabiq müdafiəçisi bədbəxt hadisədən sonra xəstəxanaya yerləşdirilib
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
"Bavariya"nın və Braziliya millisinin sabiq futbolçusu Lusio məişət hadisəsindən sonra xəstəxanaya yerləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Globo" məlumat verib.
47 yaşlı keçmiş müdafiəçi yanıq xəsarətləri ilə Brazilia şəhərindəki xəstəxanaya aparılıb.
Lusionun aparıldığı xəstəxana qəza ilə bağlı təfərrüatı açıqlamasa da, onun huşsuz vəziyyətdə reanimasiya şöbəsinə çatdırıldığını və vəziyyətinin stabil olduğunu bildirib.
Qeyd edək ki, Lusio "Bayer Leverkuzen", "Bavariya" və "İnter"dəki çıxışları ilə tanınır. O, 2002-ci il dünya çempionu və 2010-cu il Çempionlar Liqasının qalibidir.
Lusio Braziliya millisində 105 oyun keçirib və 4 qol vurub. O, karyerasını 2020-ci ildə bitirib.
Bu mövzuda digər xəbərlər:Braziliya prezidenti beyin qanaması səbəbindən təcili xəstəxanaya yerləşdirilib
10 Dekabr 2024 14:29
Juninyodan sonra Braziliya millisinin kapitanı
25 Yanvar 2025 13:49
Braziliya millisinin sabiq qapıçısı vəfat edib
08 Aprel 2025 19:32
Braziliya millisinin sabiq üzvü vətəninə döndü
24 Dekabr 2024 19:51
Baxış sayı:67
Bu xəbər 17 May 2025 19:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















