Icma.az
close
up
RU
Braziliya nəşri: Bakı COP29da bütün qonaqpərvərliyini nümayiş etdirdi

Braziliya nəşri: Bakı COP29da bütün qonaqpərvərliyini nümayiş etdirdi

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının (COP) ev sahibi ölkəsi səmimi qarşılama təmin etməlidir. Bu, COP29-un keçirildiyi Bakıda nümayiş olundu.

Sfera.az bildirir ki, bu barədə Braziliyanın “Valor” qəzetində məqalə dərc edilib.

"Bakıda təxminən 2,5 milyon sakin yaşayır. İngilis dilində danışanlar azdır və Azərbaycan dili ölkəyə gələn çox az adama tanışdır. Lakin sakinlər COP29-un 40 min iştirakçısını istiqanlılıqla, jestlərlə və mehribanlıqla qarşılayır və bacardıqları qədər kömək edirlər. Konfransın keçirildiyi Bakı stadionunda çoxsaylı gənc könüllü ingilis dilində danışır, "Ulduz döyüşləri"ndəki işıq qılınclarına bənzər çubuqları ilə yol göstərir və həmişə gülümsəyirlər. Bu, iştirakçıların özlərini evdəki kimi hiss etməsinə səbəb olur", - müəllif yazıb.

Bakının 25 min yerlik mehmanxana infrastrukturu tam dolub. Dövlət və hökumət başçıları (80 nəfər gəlib) üçün səkkiz elit otel rezerv edilib.

"Onlar ev tapşırığını yerinə yetirdilər: məsləhətçilər işə götürdülər, tapşırığın miqyasını qiymətləndirdilər və tez hazırlaşdılar, çünki konfransın başlamasına 12 aydan az vaxt qaldığını bilirdilər. Nəticə isə bundan ibarətdir ki, istənilən pik anında qonaqların sayı 23 min nəfəri keçməyəcək", - müəllif Azərbaycanın iqlim konfransına hazırlığı barədə fikirlərini bölüşən Braziliyanın Azərbaycandakı səfiri Manuel Monteneqroya istinadən yazır.

Materialda qeyd olunub ki, tədbirdən əvvəl dövlət qulluqçularını motivasiya etmək və əhalinin məlumatlılığını artırmaq üçün dövlət qurumları daxilində COP-un əhəmiyyəti barədə məlumatlandırma kampaniyası aparılıb.

"Burada böyük tədbirlər üçün kadr hazırlığı ənənəsi var. Ölkədə artıq Avropa Oyunları keçirilib, hər il Formula-1 yarışları keçirilir, amma bu miqyasda tədbir hələ olmayıb", - səfir davam edir. Prospektlərdə nümayəndələr, jurnalistlər, ekoloqlar, yerli xalqların nümayəndələri, tələbələr və alimlərin tıxaclardan yan keçə bilməsi məqsədilə yalnız COP nəqliyyatının istifadəsi üçün xüsusi zolaq ayrılıb. Avtobuslar idxal edilib, rəsmi tədbirin strukturu təşkil edilib. Bir sözlə, hazırlaşıblar", - M.Monteneqro deyir./Report

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://sfera.az
archiveBu xəbər 19 Noyabr 2024 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri