Braziliya Prezidenti beyin qanaması keçirib: əməliyyat olunub
Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.
79 yaşlı Lula da Silva özünü yaxşı hiss edir və klinika işçilərinin nəzarəti altındadır
Braziliya Prezidenti Luiz İnasio Lula da Silva San-Pauludakı xəstəxanada beyin qanaması keçirməsi səbəbindən əməliyyat olunub. AYNA xarici mediaya istinadən bildirir ki, siyasətçi oktyabr ayında evində yıxılıb.
Qeyd edilib ki, cərrahi müdaxilə uğurlu alınıb. 79 yaşlı Lula da Silva özünü yaxşı hiss edir və klinika işçilərinin nəzarəti altındadır.
Həkimlər daha sonra mətbuat konfransı keçirərək digər təfərrüatları da təqdim etməyi planlaşdırırlar.
Kəllədaxili qanaxma bazar ertəsi Braziliya Prezidentinin maqnit rezonans tomoqrafiyasından (MRT) keçməsi zamanı aşkar edilib. Analiz baş ağrısı şikayətinə görə təyin edilib.
Oktyabrın sonlarında Lula evdə yıxılanda yüngül qanaxma və başının arxasından zədə almışdı. Bir ay sonra aparılan testlər onun vəziyyətinin stabil qaldığını göstərib.
Oktyabr ayında aldığı zədə səbəbindən Braziliya Prezidenti BRİKS sammiti üçün Rusiyaya səfərini ləğv etmək məcburiyyətində qalıb.
Baxış sayı:74
Bu xəbər 10 Dekabr 2024 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















