Icma.az
close
up
RU
Braziliya prezidenti CO₂ emissiyalarının azaldılması məsələsinə ciddi yanaşmağa çağırıb

Braziliya prezidenti CO₂ emissiyalarının azaldılması məsələsinə ciddi yanaşmağa çağırıb

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 20 noyabr, AZƏRTAC

Braziliya Prezidenti Luis İnasiu Lula da Silva Belem şəhərində keçirilən BMT-nin iqlim konfransında (COP30) aparılan danışıqların icmalını təqdim edib. Dövlət başçısı qeyd edib ki, dünya liderləri istixana qazlarının emissiyalarının azaldılması öhdəliyini üzərilərinə götürməlidirlər. O, bunun iqlim böhranı ilə mübarizənin əsas şərti olduğunu vurğulayıb.

AZƏRTAC xəbər verir ki, Prezidentin sözlərinə görə, Braziliya tərəfindən təklif olunan “Yol Xəritəsi” qlobal miqyasda fossil yanacaqlardan istifadənin azaldılmasına yönəlmiş konkret plan və hədəfləri əhatə edir. “Hər kəs öz məsuliyyətini anlamalıdır. Cəmiyyətə göstərməliyik ki, biz nə təzyiq göstərir, nə də sərt son tarixlər qoyuruq, amma bu məsələyə ciddi yanaşırıq. Hər bir ölkə öz imkan və müddətlərini özü müəyyən edir, lakin emissiyaları azaltmaq məcburiyyətindəyik”, - deyə o vurğulayıb.

Prezident COP30-un Belemdə keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, əvvəlcə iri beynəlxalq tədbirlərə ev sahibliyi etməmiş bu şəhərin seçilməsi Amazoniyanın real simasını bütün dünyaya göstərmək məqsədi daşıyır: “Biz Amazoniyanı olduğu kimi təqdim etmək və bu obrazı dünyanın yaddaşında möhkəmləndirmək istədik”, - deyə o, regionun qonaqpərvərliyini və unikallığını qeyd edərək söyləyib.

Birinci “xalq COP-u”

Braziliya Prezidenti qeyd edib ki, builki konfrans cəmiyyətin prosesə misilsiz dərəcədə cəlb olunması ilə fərqlənir: “Bunu ilk həqiqi xalq COP-u adlandırmaq olar, dünyanın hər yerindən insanlar buraya axışıb ki, öz fikirlərini ifadə etsinlər”.

COP30-un prezidenti Andre Korrea du Laqu bildirib ki, ötən gün danışıqlarla zəngin keçib və xüsusilə çətin mövzular olan adaptasiya, maliyyələşmə və “Yol Xəritəsi” üzrə intensiv müzakirələr aparılıb. O, həmçinin özəl sektorun, vətəndaş cəmiyyətinin və yerli icra hakimiyyətlərinin fəal iştirakını vurğulayıb.

Almaniyanın Tropik Meşələrin Mühafizəsi Fonduna böyük töhfəsi

Braziliyanın ətraf mühit və iqlim dəyişikliyi naziri Marina Silva Tropik Meşələrin Mühafizəsi Fondu (TFFF) ilə bağlı mühüm irəliləyişlər barədə məlumat verib: “Almaniya təqribən 1 milyard avro məbləğində vəsait ayıracağını açıqlayıb. Bu, uzunmüddətli səylərin nəticəsi və yeni beynəlxalq maliyyələşmə mexanizminə etimadın göstəricisidir.”

Fond iqlim maliyyələşməsinin yeni modelini təklif edir. Belə ki, tropik meşələri qoruyan ölkələr qlobal investisiya mexanizmi vasitəsilə maliyyə kompensasiyası alır, investorlar isə yatırdıqları vəsaitlərini bazar gəlirliliyi ilə geri qazanırlar. Beləliklə, qorunan meşələr sosial-iqtisadi inkişaf mənbəyinə çevrilir.

COP30-da yerli xalqların iştirakı

Prezidentin mühüm çağırışlarından biri də ekoloji fəaliyyətlərə cəmiyyətin bütün təbəqələrinin geniş cəlb olunması ilə bağlıdır. O, qadınların, gənclərin və yerli xalqların iştirakının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “COP tarixində ilk dəfə Belemdə 3 500 yerli xalq nümayəndəsi iştirak edir. Qadınlar da bərabərhüquqlu təmsil olunmalıdır”.

Lula, həmçinin inkişaf etməkdə olan ölkələrə dəstək göstərilməsinin zəruriliyini xatırladıb: “İqlimə qayğı — planetin gələcəyinə qayğıdır. Zəngin ölkələr kasıb ölkələrə meşələri və təmiz suyu qorumaqda kömək etməlidir”.

Prezident qeyd edib ki, Braziliya neft hasil edən ölkə olsa da, biotərkibli yanacaq, etanol və bərpaolunan enerji mənbələrindən istifadə üzrə dünya liderlərindəndir: “Elektrik enerjimizin 87 faizi təmizdir. İstəyirəm ki, digər ölkələr də bu səviyyəyə çatsın”.

Lula varlı dövlətləri yalnız maliyyə baxımından deyil, həm də texnologiyaların ötürülməsi yolu ilə Afrikanın enerji keçidinin, bioyanacaq, külək və Günəş enerji sektorlarının inkişafının dəstəklənməsinə çağırıb.

Prezident danışıqlar qrupunun uğurlu nəticələr əldə edəcəyinə əminliyini ifadə edib: “COP-da heç nə məcburi deyil, bütün qərarlar konsensusla qəbul olunur. Biz hər bir ölkənin suverenliyinə hörmət edirik. Biz sadəcə deyirik: bu mümkündür və gəlin, bunu birlikdə qurub reallaşdıraq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:51
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2025 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see200

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see174

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see144

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri