Icma.az
close
up
RU
Braziliya quş qripi səbəbindən Aİ ölkələrinə quş əti ixrac edə bilməz

Braziliya quş qripi səbəbindən Aİ ölkələrinə quş əti ixrac edə bilməz

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 19 may, AZƏRTAC

Dünyanın ən böyük quş əti ixracatçısı və Avropa İttifaqına bu məhsulun idxalının əsas mənbəyi olan Braziliya quş qripinin yayılması səbəbindən Aİ-yə quş və ət məhsulları tədarük etmək hüququnu itirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.

“Reuters” agentliyi xəbər verir ki, hadisə cümə günü Braziliyada quşçuluq fermasında ilk quş qripi hadisəsinin təsdiqlənməsindən sonra baş verib. Bu, ölkənin əsas alıcısı olan Çinlə ticarətə ümummilli qadağa qoyulmasına və Yaponiya kimi digər iri istehlakçılar üçün də ümumdövlət miqyasında məhdudiyyətlər tətbiq edilməsinə gətirib çıxarıb.

“Avropa İttifaqına idxal şərtləri ixracatçı ölkənin (Braziliya) yüksək patogenli quş qripindən azad olmasını tələb edir”, – deyə Avropa Komissiyasının nümayəndəsi elektron məktubda bildirib.

Braziliyanın kənd təsərrüfatı naziri Karlos Favaro cümə günü bildirib ki, mövcud protokollara əsasən, Çin, Avropa İttifaqı və Cənubi Koreya kimi ölkələr Braziliyadan quş əti idxalını 60 gün müddətinə qadağan edəcək.

Lakin Avropa Komissiyası hər hansı bir müddət göstərməyib. Qeyd olunub ki, Riu-Qrandi-du-Sul ştatındakı fermada aşkar olunan yoluxma səbəbindən Braziliyanın bütün ərazisi artıq “yüksək patogenli quş qripindən azad ölkə” statusunu itirib. Aİ-nin idxal şərtləri ixracatçı ölkənin HPAI-dən azad olmasını tələb edir.

“2024-cü ildə Braziliya 5 milyon tondan çox quş əti ixrac edib. Bunun təxminən 4,4 faizi Avropa İttifaqına göndərilib”, – deyə Braziliya Heyvan Mənşəli Zülallar Assosiasiyası (ABPA) məlumat verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 May 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri