Braziliya yığması məşhur məşqçiyə tapşırıla bilər
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Real Madrid”in italiyalı baş məşqçisi Karlo Ançelotti Braziliya yığmasına rəhbərlik edə bilər.
Teleqraf xəbər verir ki, bu barədə “Ge Globo” nəşri xəbər yayıb.
Məlumata görə, Braziliya yığmasının uğursuz çıxışı yerli federasiyanı ciddi düşünməyə vadar edib.
Cənubi Amerika təmsilçiləri gələn il keçiriləcək dünya çempionatında yığmaya Ançelottinin rəhbərlik etməsinə can atırlar.
Qeyd edək ki, 2026-cı il dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə oyununda Buenos Ayresdəki "Monumental" stadionunda Argentina yığması Brazliyanı böyük hesabla (4:1) məğlub edib. Bu qələbə sayəsində xalını 31-ə çatdıran Argentina seçməsi Cənubi Amerika zonasından dünya çempionatına vəsiqə qazanan ilk komanda olub. Braziliya isə 21 xalla 4-cü yerdədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 26 Mart 2025 23:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















