Braziliyada gender neytral sözlərin sənədlərdə istifadəsi qadağan edilib
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Braziliya prezidenti Luiz İnasia Lula da Silva dövlət qurumları tərəfindən rəsmi sənədlərin hazırlanmasında “gender-neytral dili”n istifadəsini qadağan edən qanunu imzalayıb.
APA xəbər verir ki, bu barədə “CNN Brasil” telekanalı məlumat verib.
Belə ki, daha əvvəl portuqal dilində “hamı” mənasını verən və həm də kişi cinsində cəm şəklində işlənən “todos” əvəzliyinin əvəzinə məmurlar tez-tez, xüsusən də yazılı formada, “todes” və ya “todxs” variantlarından istifadə edirdilər.
Telekanalın məlumatına görə, bu dəyişdirilmiş əvəzliklər özünün iki cinsdən hansına aid olduğunu hələ müəyyən etməmiş şəxslərə müraciətdə istifadə olunurdu.
Yeni qanuna əsasən isə belə müraciətlər artıq qadağandır və hakimiyyət orqanları yalnız klassik portuqal dilinin standartlarına əsaslanmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 19 Noyabr 2025 03:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















