Braziliyada iki futbolçu bir birinin keçmiş həyat yoldaşı ilə evləndi
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Braziliya futbolunda seriallara yaraşan sensasion bir hadisə yaşanıb.
İdman.Biz xəbər verir ki, “Real Madrid”in müdafiəçisi Eder Militao və “Flamengo”nun oyunçusu Leo Pereyra bir-birinin keçmiş həyat yoldaşları ilə ailə qurublar.
Bu “ailə mübadiləsi” Braziliyada böyük müzakirələrə səbəb olub.
Məlumata görə, Leo Pereyra yaxın günlərdə model və bloqer Karolina Lima ilə evlənib. Karolina bir vaxtlar Militao ilə münasibətdə olub və ondan Sesiliya adlı qızı var. Eder Militao isə Pereyranın keçmiş xanımı Tayna Kastro ilə nikaha girib. Tayna Elena və Matteonun anasıdır.
Beləliklə, Pereyra Militaonun qızının, Militao isə Pereyranın övladlarının ögey atası olub. Azarkeşlər sosial şəbəkələrdə zarafatla bildirirlər ki, iki müdafiəçi artıq yalnız meydanda yox, ailə münasibətlərində də “bağlanıblar”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 17 Noyabr 2025 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















