Icma.az
close
up
RU
Braziliyada keçirilən iqlim konfransında yerli hindilər etiraz ediblər

Braziliyada keçirilən iqlim konfransında yerli hindilər etiraz ediblər

Icma.az, Oxumeni.az portalına istinadən məlumat yayır.

Braziliyada keçirilən iqlim konfransında yerli hindilər etiraz ediblər


“Reuters” agentliyinin məlumatına görə, onlarla yerli əhali olan hindilər Braziliyanın Belen şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransına basqın etməyə cəhd edib.
Etirazçılar təhlükəsizlik işçiləri ilə toqquşub, onlardan bəziləri yaralanıb. Mühafizəçilər sonda etirazçıları geri itələyiblər. Konfrans iştirakçıları vəziyyət həll olunana qədər binanın içərisində qalmağa məcbur olublar; daha sonra onların çıxmasına icazə verilib.
Braziliyadakı yerli liderlər meşələrin idarə olunması ilə bağlı qərarlar qəbul edilərkən sammitdə mövqelərinin nəzərə alınmasını istəyirlər. Nüfuzlu Kayapo lideri Raoni Metuktire “Reuters” agentliyinə bildirib ki, bir çox Braziliya yerli əhalisi tropik meşələrində davam edən sənaye və inkişaf layihələrindən narazıdır. O, Braziliya hökumətini Amazon meşələrini qorumaq üçün yerli əhaliyə daha çox hüquq verməyə çağırıb.
Braziliya Prezidenti Luiz İnasio Lula da Silva konfrans ərəfəsində yerli hindi xalqları "danışıqların mühüm iştirakçıları" adlandırıb.
30-cu Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP30) iqlim dəyişikliyinə qarşı mübarizədə dönüş nöqtəsi olan Paris Sazişindən 10 il sonra, 10-21 noyabr tarixlərində Belendə keçirilir. İlk dəfə olaraq, təxminən 200 ölkə əsrin sonuna qədər orta qlobal temperaturun artımını 1,5°C-də məhdudlaşdırmaq üçün tədbirlər görmək barədə razılığa gəldi. Lakin BMT-nin Baş katibi Antonio Quterreş bu yaxınlarda bu məqsədə nail olunmayacağını etiraf etdi.
Almaz Həsənli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 12 Noyabr 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri