Braziliyada sərnişin təyyarəsi havaya qalxarkən qəzaya uğradı
Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.
Braziliyanın Rio-de-Janeyro şəhərində sərnişin təyyarəsi havaya qalxarkən uçuş-enmə zolağında avtomobilə çırpılıb və dəhşətli qəza baş verib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, GOL Hava Yollarına məxsus Boeing 737 MAX tipli sərnişin təyyarəsi Fortalezaya uçarkən uçuş-enmə zolağında olan avtomobilə çırpılıb.
Hadisə zamanı böyük çaxnaşma yaşanıb.
Xoşbəxtlikdən xəsarət alan olmayıb. Toqquşmadan sonra reys təxirə salınıb, lakin sərnişinlər təhlükəsiz şəkildə təxliyə edilib.
Hava limanının yanğınsöndürmə qrupları mümkün yanğının qarşısını almaq üçün dərhal müdaxilə ediblər.
Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi (CENIPA) qəzanın səbəbini müəyyən etmək üçün rəsmi araşdırmaya başlayıb.
Mikayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 12 Fevral 2025 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















