Braziliyalı döyüşçü: Oktaqonda Nazim Sadıxovla gərgin döyüş olacaq
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 18 iyun, AZƏRTAC
Rəqibim Nazim Sadıxova hörmətim sonsuzdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək UFC gecəsində döyüşəcək braziliyalı idmançı Nikolas Motta mətbuat konfransında deyib.
O, azərbaycanlı rəqibi Nazim Sadıxova qalib gəlmək üçün əlindən gələni edəcəyini bildirib: "Düşünürəm ki,oktaqonda Nazimlə gərgin döyüş olacaq. Onunla bir neçə dəfə qarşılaşa bilərdik. UFC-dən əvvəl Nazimlə birgə başqa təşkilatda mübarizə aparmışıq. Nəhayət, bu dəfə onunla üz-üzə gələcəyik. Bizim üslubumuz çox maraqlı və gərgin döyüş vəd edir".
Qeyd edək ki, Bakıda UFC turniri iyunun 21-də Bakı Kristal Zalında keçiriləcək.

Braziliyalı döyüşçü: Nazim Sadıxovla döyüşümüzdə müharibə olacaq
18 İyun 2025 11:18
Nazim Sadıxov Bakıda braziliyalı ilə döyüşəcək
22 Aprel 2025 16:36
Nazim Sadıxov: Braziliyalı rəqibimdən daha güclüyəm
18 İyun 2025 12:44
“Sumqayıt” Sadıxovla yolları ayırdı
06 Yanvar 2025 20:05
Sadıxovla döyüşdə Bonfim favoritdir
10 Dekabr 2024 17:18

