Braziliyalı döyüşçü Rafael Fiziyevlə döyüşə sərt hazırlıqdan danışdı in TƏHLİLİ
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
UFC-nin braziliyalı yüngül çəki döyüşçüsü Maurisio Ruffi azərbaycanlı döyüşçü Rafael Fiziyevlə döyüşə hazırlıq detallarını bölüşüb. Döyüş 31 yanvar 2026-cı ildə Avstraliyanın Sidney şəhərində keçiriləcək UFC 325 turnirində baş tutmalıdır, İdman.Biz xəbər verir.
Ruffinin sözlərinə görə, o, rəsmi anonsdan əvvəl hazırlığa başlayıb və məşq toplanışının bir hissəsini Tailandda, "Bangtao Muay Thai & MMA” zalında keçirib. Orada döyüşçü Aleksandr Volkanovski və İzrael Adesanya ilə yanaşı məşq edib.
Ruffi “Ag Fight”a müsahibəsində bildirib ki, ciddi rəqib gözləyirmiş, amma divizionun top-reytinqli nümayəndəsi ilə döyüşəcəyini biləndə xoş hisslər yaranıb. Onun sözlərinə görə, UFC ona “böyük döyüş” vəd edib və o, əldə etdiyi “matchup”dan (rəsmi olaraq təyin olunmuş döyüş cütlüyü) tam razıdır.
Braziliyalı həmçinin hazırlıq zamanı yüksək yüklərdən danışıb və vurğulayıb ki, ayrı-ayrı məşq sessiyaları təxminən dörd saat davam edib və ayaqüstə iş, sparrinqlər, həmçinin uzunmüddətli güləş və mövqe işi hissələrini əhatə edib.
Hazırlığın növbəti mərhələsini braziliyalı vətənində keçirməyi planlaşdırır. O, orada hər gün Pablo Susupiranın rəhbərliyi altında “Fighting Nerds” komandasında məşq edir. Döyüşdən təxminən dörd həftə əvvəl Ruffi Avstraliyaya yollanmağı planlaşdırır və orada məşqçi ilə birlikdə hazırlığı yekunlaşdıracaq və döyüş öncəsi taktiki detalları cilalayacaq.
Xatırladaq ki, Rafael Fiziev bu ilin 11 oktyabrında UFC-nin Rio-de-Janeyro turnirində başqa bir braziliyalı - Çarlz Oliveyra ilə döyüşməli idi, lakin azərbaycanlı idmançının diz zədəsi səbəbindən qarşılaşma baş tutmadı.
Teymur Tuşiyev
İdman.Biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 25 Dekabr 2025 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















