Icma.az
close
up
RU
Braziliyali ekspert: COP30 Braziliya üçün böyük sınaq və fürsət olacaq

Braziliyali ekspert: COP30 Braziliya üçün böyük sınaq və fürsət olacaq

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 3 oktyabr, Pərvanə Qafarova, AZƏRTAC

Azərbaycanın COP29 Sədrliyindən əldə etdiyi təcrübə COP30-un səmərəli təşkili üçün də önəmli dəstək olacaq. Bakı ilə Braziliya arasında ikitərəfli münasibətlər getdikcə daha da möhkəmlənir və iqlim gündəliyində qarşılıqlı maraqlar ölkələr arasında tərəfdaşlığı gücləndirir. Azərbaycanın davamlılıq sahəsində təşəbbüsləri Braziliya üçün də ilham mənbəyi kimi dəyərləndirilir. Bu baxımdan COP29 və COP30-un ardıcıl keçirilməsi iki ölkə arasında yeni əməkdaşlıq imkanları açır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Braziliya Kiçik və Mikrobiznesə Dəstək Xidmətinin (SEBRAE) Alaqoas ştatındakı regional ofisinin direktoru və ölkədəki bütün analoji regional nümayəndəliklər assosiasiyasının vitse-prezidenti, Braziliyanın sabiq turizm naziri Vinisius Nobre Lajes səsləndirib.

O, Azərbaycanın COP29-a ev sahibliyi və sədrliyi ilə bağlı fəaliyyətini yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycanın qlobal iqlim proseslərində fəal iştirakı xüsusilə də inkişaf etməkdə olan ölkələr və Latın Amerikası dövlətləri ilə əməkdaşlıq baxımından böyük əhəmiyyət daşıyır.

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində “Dayanıqlı Expo: Planet üçün incəsənət və innovasiya” tədbirinin keçirilməsinin xüsusi önəmini vurğulayan Vinisius Nobre Lajes incəsənət və innovasiyanın vəhdətini əks etdirən sərginin hər kəs tərəfindən maraqla qarşılandığını xüsusi qeyd edib. “Mənim üçün çox xoş oldu ki, bu sərgidə incəsənət, innovasiya, gənclik və qadın sahibkarların bir araya gəldiyini gördüm. Onlarla tələbə ilə söhbət etdim. Onlar iqlim böhranına cavab tapmaq, kənd təsərrüfatında, hidroenerjidə, qida və səhiyyə sahəsində emissiyaları azaltmaq üçün həll yolları təklif edirdilər. Yanaşmaları və təqdim etdikləri innovativ həllər məni, həqiqətən, çox təsirləndirdi. Ən diqqət çəkən məqamlardan biri də bu idi ki, iştirakçıların əksəriyyəti qadınlar idi – kimya mühəndisləri, elektrotexnika, aqrar və mülki mühəndislik sahəsində təhsil alan gənc mütəxəssislər. Bu, gələcəyin böyük potensialını göstərir. Eyni zamanda sərgidə incəsənəti də görmək çox vacibdir. Çünki incəsənət insan yaradıcılığının güzgüsüdür və ətraf mühit mövzusunda yeni baxış bucağı formalaşdırmağa imkan yaradır”, - deyə o vurğulayıb.

Bakı İqlim Fəaliyyəti Həftəsinin iqlim təşəbbüslərinin genişləndirilməsi, hökumətlər, bizneslər və elmi icma arasında əməkdaşlığı əks etdirdiyini bildirən ekspert deyib: “Burada ölkənin iqlim dəyişikliyi ilə bağlı göstərdiyi liderliyi, atdığı addımları görmək olduqca sevindiricidir. COP29 Sədrliyi – Muxtar Babayev, Nigar Arpadarai, Leyla Həsənova və digər rəsmilərin iştirakı ilə aparılan müzakirələr çox mühüm idi. Azərbaycan bu tədbirlər vasitəsilə həm daxildə, həm də beynəlxalq müstəvidə ciddi öhdəliklər götürdüyünü nümayiş etdirir”.

COP30 barədə məlumat verən Vinisius Nobre Lajes vurğulayıb ki, Braziliya üçün bu, böyük sınaq olacaq. “COP29-da əldə edilən nəticələr, xüsusilə maliyyə məsələləri, tullantıların idarəolunması, karbon emissiyalarının azaldılması və danışıqlarda əldə edilən razılaşmalar bizim üçün çox yüksək plan müəyyən edir. COP30 isə Braziliyanın son illərdə ilk dəfə belə bir ekoloji tədbirə ev sahibliyi etməsi baxımından əlamətdardır. Bu, bizim üçün dünyaya kənd təsərrüfatı, enerji, mədənçilik kimi sahələrdə dayanıqlı inkişaf istiqamətində gördüyümüz işləri göstərmək imkanı olacaq. “SEBRAE” təşkilatı olaraq, biz də Azərbaycan ilə əməkdaşlıqda maraqlıyıq. Dünən “AZPROMO” ilə görüşümüz oldu və iki bazarı inteqrasiya etmək imkanlarını müzakirə etdik. COP30 təkcə razılaşmaların əldə olunacağı tədbir deyil, həm də gələcəyə doğru atılacaq yolun başlanğıcıdır”, - deyə o diqqətə çatdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Oktyabr 2025 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see145

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see143

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see132

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see132

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri