Braziliyalı futbolçu Atalanta dan ayrılmaq istəyir
sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Atalanta"nın yarımmüdafiəçisi Ederson yay "transfer pəncərəsi"ndə komandadan ayrılmağa hazırlaşır. Sport24.az insayder Fabrisio Romanoya istinadən xəbər verir ki, 26 yaşlı futbolçu rəhbərliyə yeni müqavilə imzalamayacağını və karyerasını başqa klubda davam etdirmək istədiyini bildirib.
Mənbənin sözlərinə görə, ulduz futbolçunun bu qərarından sonra Avropa nəhəngləri hərəkətə keçib. "Mançester Yunayted" braziliyalı oyunçunun durumunu yaxından izləyir. "Qırmızı şeytanlar" Edersonu transfer siyahısına daxil edib və artıq onun nümayəndələri ilə əlaqə saxlayır.
Qeyd edək ki, Berqamo təmsilçisi Ederson üçün 45 milyon avro tələb edir. Futbolçunun klubla müqavilə müddəti 2027-ci ilin yayına qədər qüvvədədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 21 May 2026 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















