Braziliyalı futbolçu Benzemanın komanda yoldaşı ola bilər
Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Mançester Yunayted"in futbolçusu Karlos Kazemiro karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, Kərim Benzemanın formasını geyindiyi "Əl-İttihad" braziliyalı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə ərəb mediası məlumat yayıb.
Son ölkə çempionu Braziliya millisinin üzvü ilə danışıqlara başlayacaq. "Qırmızı şeytanlar" yüksək maaş alan 33 yaşlı oyunçunu satmağın əleyhinə deyil.
Qeyd edək ki, "Mançester Yunayted" Kazemironu 2022-ci ilin yayında "Real"dan transfer edib. Təcrübəli futbolçu ötən mövsüm 42 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin iyun ayında başa çatır.
saytlarin hazirlanmasi
Baxış sayı:149
Bu xəbər 23 Avqust 2025 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















