Braziliyalı futbolçu Sevilyanı vətəninə bənzətdi
Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
''Betis''ə yollandıqdan sonra sanki fərqli futbolçuya çevrilən Antoni son açıqlaması ilə diqqət çəkib.
''Football-plus.az'' xəbər verir ki, bu braziliyalı vingerin ''Mançester Yunayted''də varlığı ilə yoxluğu bilinmirdi. O, bu qış icarə əsasında İspaniyaya yollandıqdan sonra vəziyyət dəyişdi.
25 yaşlı futbolçu ''Betis''də iştirak etdiyi 11 rəsmi oyunda aktivinə 4 qol, 4 məhsuldar ötürmə yazıb. Braziliya yığmasının üzvü Mançesterdən ayrılaraq Sevilyaya gəlməsi barədə bunları deyib:
''Sevilyada bir çox şey mənə Braziliyanı xatırladır. Günəşli hava, yeməklər, insanlar... Braziliyadan olan bir futbolçu üçün bunlar önəmli məqamlardı. Özümü yenidən sübut etməyə və ən əsası xoşbəxt olmağa ehtiyac duyurdum. Burda keçirdiyi hər növbəti gün necə doğru qərar verdiyimə əmin oluram. Düzdü, Mançesterdə yaxşı təcrübə qazandım və önəmli şeylər öyrəndim. Amma digər tərəfdən orda çox pis günlər də keçirdim''. Antoninin ''Yunayted'' ilə 2027-yə qədər müqaviləsi var. İddialara görə ''Bavariya'' yayda bu futbolçunu heyətinə qatmağa çalışacaq''.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 29 Mart 2025 01:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















