Icma.az
close
up
RU
Braziliyalı futbolçuların ipinin üstünə odun yığmaq olmaz! Eh, Juninyo, Juninyo...

Braziliyalı futbolçuların ipinin üstünə odun yığmaq olmaz! Eh, Juninyo, Juninyo...

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Juninyonun son bir ayda yaşadıqları və yaşatdıqları sərlövhəyə çıxardığımız fikrin həqiqət olduğunu bir daha sübut etdi!

Bəli, braziliyalı futbolçuların ipinin üstünə odun yığmaq olmaz! Onlar dəyişkən əhval-ruhiyyəyə malikdi, çox tez-tez fikir dəyişir, səni gözləmədiyin anda yarıyolda qoyurlar. Hətta dünya futbolunda artıq daşlaşan bir ehkam da var: çoxlu braziliyalının eyni komandada olması xeyir yox, ziyan verir!
Sən Allah Juninyo dünənə qədər nə deyirdi?! Bəs ən böyük çağırışla üz-üzəyəm, karyeramda bir daha belə şans ələ düşməyəcək, bağ belə, bostan belə, “Sevilya bərbəri” operası belə, La Liqa elə... Sonda nə oldu? Hər şeyin razılaşdırıldığı, Fabritsio Romani kimi dünyaca məşhur insayder anlaşmanın detallarını ortaya qoyduğu məqamda “Flamenqo” araya girdi, Juninyonu “Sevilya”dan oğurladı. Pul braziliyalı qəhrəmanımızın gözünü tutdu, ağlını aldı, vətənini təmsil edən klubun qolları arasına saldı. Bəs karyera, bəs tərəqqi, bəs “böyük beşliy”in cazibəsi ilə bağlı nağıllar? “Flamenqo” “Sevilya”dan üçqat artıq maaş təklif edən kimi Juninyo çaşdı və Braziliya klubuna tərəf aşdı. Şəxsən mən istər-istəməz düşünməli oluram: bəlkə elə Juninyo hadisələrin belə axarı lazım idi, bəlkə o, transfer söhbətlərinin lap əvvəlində ürəyində qərar vermişdi ki, kim ayağımın altına çox pul töksə, onu da seçəcəm?!
İstənilən halda, yazıqlar olsun! Onsuz da “Real”, “Barselona” və ya “Atletiko” səviyyəsinə yüksəlməyəcəkdi. Sadəcə, “Qarabağ” və Azərbaycan futbolu dünyanın ən yaxşı liqalarından birində yaxşıca reklam olunacaqdı. Bu da belə getdi... Bu da pula qurban getdi... Ey Pul, sən necə də güclüsən!
ORXAN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Yanvar 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri