Braziliyalı nümayəndə: COP29da beynəlxalq əməkdaşlığın daha da güclənəcəyini gözləyirik AZƏRTAC
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 15 noyabr, AZƏRTAC
“Amazonun təkcə Braziliya və ya Cənubi Amerika üçün deyil, bütün dünya üçün əhəmiyyətli olduğunu düşünürəm. Ona görə də, Amazonun mühafizəsi və artıq deqradasiyaya uğramış ərazilərin bərpası üçün əməkdaşlığı və maliyyələşməni artırmalıyıq”.
Bu fikirləri COP29-un iştirakçısı olan braziliyalı nümayəndə, Sao Paulo Federal Universitetinin tədqiqatçısı Ronaldo Adriano Kristofoletti AZƏRTAC-a müsahibəsində deyib.
O, meşələrin qorunmasının maliyyə dəstəyinə ehtiyacı olduğunu vurğulayıb: “Ətraf Mühit Nazirliyimiz bu il meşə qırılmalarını 45% azaltmağı hədəfləyib. İqlim dəyişikliyi ilə mübarizə üçün meşələrə ehtiyacımız var. Meşələrin qorunması isə böyük maliyyə resursları tələb edir”.
Braziliyalı nümayəndə COP29 çərçivəsində beynəlxalq əməkdaşlığın güclənəcəyinə ümid etdiyini də bildirib: “COP29-da birlik olaraq daha da güclənəcəyimizi gözləyirik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 15 Noyabr 2024 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















