Braziliyanın birinci xanımı G20 tədbirində İlon Maskı açıq şəkildə təhqir edib Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
Braziliyanın birinci xanımı Jania Lula da Silva şənbə günü keçirilən G20 sammiti zamanı amerikalı milyarder İlon Maskı təhqir edib və dezinformasiya ilə mübarizə üçün sosial medianın tənzimlənməsinin zəruriliyindən danışıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, çıxış zamanı gəminin fiti eşidilib və Jania Lula da Silva zarafat edib:
"Düşünürəm ki, bu, İlon Maskdır". Daha sonra o "Mən səndən qorxmuram" deyib və Maska qarşı nalayiq ifadələr işlədib.
X sosial şəbəkəsinin sahibi Mask, onun dediyi videoya cavab olaraq "yüksək səslə gülüş" emojisinin qrafikini yerləşdirib.
Başqa bir yazıda o, prezident Luiz İnasio Lula da Silvaya istinad edərək əlavə edib ki, "Növbəti seçkidə uduzacaqlar".
Prezidentin xanımı bu günlərdə Rio-de-Janeyroda keçirilən G20 sammiti öncəsi tədbirdə çıxış edib.
Qeyd edək ki, Maskın sosial şəbəkəsi bu il Braziliyada bir ay müddətinə ölkədə qanuni nümayəndənin adını çəkmədiyi və "saxta xəbərlər" yaymaqda ittiham olunan hesabların bloklanması ilə bağlı məhkəmə qərarlarına məhəl qoymadığı üçün fəaliyyətini dayandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 19 Noyabr 2024 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















