Icma.az
close
up
RU
Braziliyanın vitse prezidenti: COP29 qlobal əməkdaşlıq üçün yeni perspektivlər açdı

Braziliyanın vitse prezidenti: COP29 qlobal əməkdaşlıq üçün yeni perspektivlər açdı

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

 "Bakıda ötən ilin noyabr ayında keçirilmiş Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) qlobal iqlim dəyişikliyi ilə mübarizədə mühüm platformaya çevrildi".

Bakıvaxtı.az xəbər verir ki, bunu Braziliyanın vitse-prezidenti Jeraldo Alkmin ölkənin nüfuzlu maliyyə qəzeti “Valor Econômico”nun təşkil etdiyi "Rumos 2025" (İstiqamətlər-2025) tədbirində bildirib.

Onun sözlərinə görə, Bakıda keçirilən beynəlxalq tədbir "yaşıl iqtisadiyyat" və dayanıqlı inkişaf sahəsində qlobal əməkdaşlıq üçün yeni perspektivlər açıb.

“COP29 çərçivəsində Braziliyanın təqdim etdiyi ekoloji və iqtisadi təşəbbüslər ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə liderlik rolunu daha da gücləndirmək niyyətini ortaya qoydu. Braziliya istixana qazı emissiyalarını 2035-ci ilə qədər 59-67 % azaltmağı hədəfləyib”, – deyə J. Alkmin bildirib.

O, həmçinin COP30-un Braziliyada keçiriləcəyini xatırladaraq, bunun ölkəsi üçün böyük imkanlar yaradacağını qeyd edib.

"Biz enerji keçidinə xüsusi önəm veririk və Braziliya bu sahədə mühüm nümunədir. Ölkəmizin elektrik enerjisinin təxminən 90 %-i su, günəş, külək və biokütlə kimi bərpa olunan mənbələrdən əldə edilir. Bu, bizim üçün böyük üstünlükdür. Biz karbon bazarının tənzimlənməsi, "yaşıl hidrogen" istehsalı və davamlı sənaye inkişafı istiqamətində ciddi addımlar atırıq. Bu sahədə beynəlxalq əməkdaşlıq bizim üçün prioritetdir”, – deyə Braziliyanın vitse-prezidenti əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 Mart 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see349

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see289

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see287

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see286

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see278

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see271

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see264

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see262

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see259

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see248

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see244

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see242

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see242

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see240

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see230

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see229

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see218

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri