Icma.az
close
up
RU
Bred Pittə bütün dərdlərini unutduran qarabuğdayı gözəl: Varlığına şükür...

Bred Pittə bütün dərdlərini unutduran qarabuğdayı gözəl: Varlığına şükür...

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Dünyaca məşhur kino ulduzu Bred Pitt illər keçməsinə baxmayaraq, nə cazibəsindən, nə də formadan düşüb. Onun milyonlarla pərəstişkarı var və sərvəti ömrüboyu heç işləməsə belə komfortlu həyat sürməsinə kifayət edəcək qədər böyükdür. Ancaq xaricdən parıltılı görünən bu həyatın arxa planında ulduz aktyorun uzun illərdir yaşadığı ciddi çətinliklər gizlənir.

Qaynarinfo "Hürriyet"ə istinadən xəbər verir ki, Bred Pitti bu çətinliklərdən çəkib çıxaran, ona dərdlərini unutduran və yenidən gülümsəməsinə səbəb olan isə "qarabuğdayı gözəl" olaraq tanınan sevgilisi İnes de Ramon olub.

ABŞ və Böyük Britaniyada hər il qeyd edilən və insanların sahib olduqları nemətlərə şükür etdikləri Şükran Günü ulduzlar həm sevdikləri ilə birlikdə keçirir, həm də həyatlarında minnətdar olduqları məqamları xatırlayırlar. Bred Pitt üçün bu Şükran Günü də son illərdə olduğu kimi sevgilisi İnes de Ramon sayəsində xoş keçib. Oscar mükafatlı aktyor ilə zərgərlik dizayneri olan sevgilisi 2022-ci ilin noyabrından birlikdədir. Cütlük bu il həm də münasibətlərinin üçüncü ilini qeyd edir və artıq ayrılmaz bir ikilidir.


Münasibətlərinin əvvəlində gizliliyi üstün tutan cütlük son vaxtlar birlikdə hər qala gecələrinə və tədbirlərə qatılır, qırmızı xalçada xoşbəxtlik dolu pozlar verir.

Mediada yayılan məlumatlara görə, məşhur cütlük artıq birgə yaşayır və münasibətlərini evliliklə rəsmiləşdirməyə doğru irəliləyir. Bred Pitt üçün İnes de Ramon ilə yaşadığı sevgi, xüsusilə bayram və xüsusi günlərdə onun üçün daha böyük anlam daşıyır.

Bred Pittin keçmiş həyat yoldaşı Ancelina Coli ilə boşandıqdan sonra başlayan hüquqi mübahisələri artıq 8 ildir davam edir və aktyoru yormağa davam edir. Ancaq emosional tərəfdən onu daha çox sarsıdan başqa bir məqam var.


Bred Pittin Ancelina Coli ilə birlikdə böyütdüyü altı övladı illərdir onunla görüşmür. Anaları ilə qalan övladlar atalarını həyatlarından tamamilə çıxarıblar. Bred Pitt övladlarını uzun illərdir görmür, yalnız media vasitəsilə onların şəkillərini izləyə bilir. Onun barışıq təşəbbüslərinə isə indiyə qədər heç biri müsbət cavab verməyib.

Üstəlik, artıq yetkin olan dörd övladı - əkizlər Knox və Vivien istisna olmaqla - Pitt soyadından imtina edərək sənədlərindən sildiriblər.

Belə xüsusi günlərdə övlad itkisi ilə üzləşmək Bred Pitt üçün daha da ağır olur. Məhz buna görə İnes de Ramonın varlığı aktyor üçün ən böyük dayaqlardan birinə çevrilib.


Bitməyən məhkəmə prosesi, övladlarının uzaqlaşması və bütün bunların fonunda bu ilin avqustunda çox bağlı olduğu anası Cein Pittin vəfatı Bred Pitti sarsıdan əsas səbəblərdən olub. Aktyor axtardığı dəstəyi və sakitliyi məhz zərgərlik sektorunda rəhbər vəzifədə çalışan sevgilisi İnes de Ramonda tapıb.

Bred Pittin yaxın ətrafı bildirir ki, aktyor bu münasibətə çox bağlıdır və sevgilisinin ona verdiyi dəstək, yaşatdığı sakitlik bu sevgini onun indiyə qədər yaşadığı heç bir münasibətə bənzətmir. Pitt bu Şükran Günündə ən çox bu xoşbəxtliyə sahib olduğu üçün şükür etdiyini deyir.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 Noyabr 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri