Brejnevin nəticəsi Ukrayna əsirliyində: Təbliğatın qurbanı olduq VİDEO
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
SSRİ-nin keçmiş rəhbəri Leonid Brejnevin nəticəsi Anton Milayev Ukraynada əsir düşüb. Bir ay əvvəl mətbuatda onun müharibəyə qatılması ilə bağlı yayılan məlumatlar öz təsdiqini tapıb.
Bizim.Media xəbər verir ki, "İstəyirəm yaşayım" (Xoçu jit) layihəsinə müsahibə verən Milayev acınacaqlı həyat hekayəsini və cəbhəyə necə gəlib çıxdığını danışıb.
O, təxminən 20 il ABŞ-da yaşadığını və orada müxtəlif işlərdə çalışdığını bildirib. Lakin "Green Card" ala bilmədiyi və "masonlara işləməkdən" yorulduğu üçün Rusiyaya qayıtmaq qərarına gəlib. Vətənə dönəndən sonra üzərinə 1 milyon rubl borc yığılan Milayev, pul qazanmaq məqsədilə müharibəyə getməyi çıxış yolu kimi görüb.
Onun digər bir motivasiyası isə Ukraynada "nasistləri görmək" istəyi olub. Lakin cəbhəyə gəldikdən sonra hər şeyin təbliğatdan ibarət olduğunu anladığını deyir:
"Yox, nasistləri görmədik. Bunu yalnız buraya düşdükdən sonra anladıq. Düşünürəm ki, fikri dəyişmək üçün hər kəs burada olmalıdır".
Xerson vilayətində döyüşə atılan və aldadıldığını başa düşən Milayev Ukrayna ordusunun pilotsuz uçuş aparatına (PUA) təslim olub. O, müharibə bitənə qədər Ukrayna əsirliyində qalmaq istədiyini vurğulayıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 07 İyul 2026 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















