“Brentford” hücumçusu Harri Keynin xələfi kimi “Bavariya”nın siyahısına daxil edilib
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Brentford”un braziliyalı hücumçusu İqor Tyaqo “Bavariya”nın namizədlər siyahısına daxil edilib.
Jurnalist və insayder Ekrem Konurun sosial media hesabında verdiyi məlumata görə, 24 yaşlı hücumçu Münhen klubu tərəfindən Harri Keynin uzunmüddətli varisi kimi qəbul edilir.
İdman.Biz-in məlumatına görə, oyunçu ilə maraqlanan digər klublar arasında “Mançester Siti” və “Çelsi” də var. 13 fevralda İqor Tyaqo “Brentford”la yeni uzunmüddətli müqavilə imzalayıb.
O, bu mövsüm İngiltərə Premyer Liqasında 26 oyunda iştirak edib, 17 qol vurub və 1 məhsuldar ötürmə edib. O, həmçinin İngiltərə Liqa Kubokunda bir oyuna çıxıb və 1 qol vurub. Tyaqo 2024-cü ildən “Brentford”da oynayır. Transfermarkt-ın məlumatına görə, braziliyalı oyunçunun bazar dəyəri 35 milyon avrodur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:241
Bu xəbər 15 Fevral 2026 08:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















