“ “BRİKS” indiki durumda belə, Qərblə qarşı qarşıya gəlmək gücündə deyil...”
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
“ “BRİKS” indiki durumda belə, Qərblə qarşı-qarşıya gəlmək gücündə deyil...”
“Hazırda bu qurumun tədbir keçirdiyi Hindistan özgə vaxt Amerikanın qarşısında quyruq bulayır...”
“Onu da deyim ki, ABŞ-ın belə zəif durumda olması müvəqqətidir. Çünki iki ilə, bəlkə də tez, yəni bu ilin payızındakı aralıq seçkilərdən sonra, çox güman ki, Birləşmiş Ştatlara Tramp kimi sərsəm biri yox, daha uyğun, adekvat, cavan bir lider seçiləcək...”
“Zənn etmirəm ki, “BRİKS” adlanan bu təşkilat Qərbə - ABŞ-a, Avropaya alternativ bir güc kimi formalaşa bilsin. Hazırda bu qurumun tədbir keçirdiyi Hindistan özgə vaxt Amerikanın qarşısında quyruq bulayır. Yəni Rusiya, yaxud İranla bağlı ABŞ-ın hansısa sanksiyasına-filanına qarşı getmək istəyəndə Ağ Evdən bir xəbərdarlıq gələn kimi dərhal onun tələb və istəklərini yerinə yetirir. Hətta “BRİKS” ölkələrinin potensialı Birləşmiş Ştatlara qarşı çevrilsə, Vaşinqton yenə də Avropaya, Britaniyaya müraciət edəcək. Avropa isə bütünlükdə götürdükdə Amerikadan daha nəhəng bir gücdür və getdikcə gücü daha da böyüyür. Ona görə də “BRİKS”, hətta orada Çin kimi bir böyük dövlət meydan sulasa da, Qərblə qarşı-qarşıya gəlmək gücündə deyil”.
Politoloq Qabil Hüseynli bu fikirləri Moderator.az-a açıqlamasında Trampın Çin səfəri ilə təxminən eyni vaxtda Hindistan paytaxtında keçirilmiş Çin, Hindistan və Rusiyanın aparıcı rol oynadığı “BRİKS” ölkələrinin xarici işlər nazirlərinin görüşü ilə bağlı sualları cavablandırarkən dilə gətirib.
“Onu da deyim ki, ABŞ-ın belə zəif durumda olması müvəqqətidir. Çünki iki ilə, bəlkə də tez, yəni bu ilin payızındakı aralıq seçkilərdən sonra, çox güman ki, Birləşmiş Ştatlara Tramp kimi sərsəm biri yox, daha uyğun, adekvat, cavan bir lider seçiləcək. Və nəticədə yenidən ABŞ, Kanada, Avropa və s. timsalında tam, bütöv və ciddi mövqeli kollektiv Qərb sistemi formalaşacaq və onlar Çini də, Hindistanı da, Rusiyanı da, bütövlükdə “BRİKS”-i də küncə sıxa biləcəklər”, - davamında politoloq bildirib.
“Bu gün sərsəm, avtoritar düşüncəli bir sıra ölkə liderləri dünyanı daha böyük savaşlara sürükləmək və qana çalxamaq istəyirlər. Ancaq bütövlükdə, indiki durumda belə, hələki Qərbə bata biləcək, onu küncə sıxışdıra biləcək bir güc yoxdur və bundan sonra da formalaşa bilməyəcək”, - deyə Qabil Hüseynli vurğulayıb.
Sultan Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 15 May 2026 16:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















