Icma.az
close
up
RU
BRİKS Rusiyaya dəstək verməyə qorxur?

BRİKS Rusiyaya dəstək verməyə qorxur?

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Rusiya üzv olduğu təşkilatların Ukrayna müharibəsində onun işğalçı siyasətinə dəstək verməsinə çalışır. Ancaq Kreml buna nail ola bilmir”.

“Cebheinfo.az” xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Ekspert bildirib ki, 2024-cü ilin oktyabrında BRİKS-in (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) Kazanda keçirilən sammitinin yekunlarına dair qəbul olunan bəyannamədə vurğulanırdı ki, bütün dövlətlər bütövlükdə və qarşılıqlı şəkildə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun hərəkət etməlidirlər:

“BMT Nizamnaməsi isə Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hörməti diktə edir. Sammit iştirakçıları Ukrayna münaqişəsinin dialoq və diplomatiya yolu ilə tezliklə tənzimlənməsinin tərəfdarları olduqlarını da bəyan etmişdilər.

Kazan sammitindən bir il sonra Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən sammitdə isə bir qədər fərqli bəyanat qəbul olundu. Sənəddə Ukraynanın Rusiya infrastrukturuna endirdiyi zərbələr pislənilib, mülki itkilər qeyd olunub və bu cür hərəkətlərə ən sərt şəkildə qarşı çıxdıqları bildirilib.

Rusiyanı sammitdə təmsil edən xarici işlər naziri Sergey Lavrov Braziliyada qəbul olunan bəyanatdan məmnunluğu gizlətmirdi. Lavrovun sözlərinə görə, Rio-de-Janeyroda keçirilən BRİKS sammitinin iştirakçıları Ukraynadakı münaqişənin əsas səbəblərini başa düşdüklərini nümayiş etdiriblər.

O, bəyannamədə və çıxışlarda sammitin bir çox iştirakçılarının Ukrayna böhranı ilə bağlı balanslı, obyektiv mövqelər ifadə etdiklərini söyləmişdi. Buna baxmayaraq, BRİKS üzvləri Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni dəstəkləməkdən çəkinirlər.

BRİKS-in növbəti sammiti sentyabrın 12-13-də hazırda təşkilata sədrlik edən Hindistanda keçiriləcək. Artıq Hindistan sammitdə müzakirə olunacaq mövzuları hazırlayır. Sammitin dəqiq proqramını formalaşdırmaq üçün nazirlər və mütəxəssislər səviyyəsində müxtəlif görüşlər keçirilir”.

Politoloq qeyd edib ki, Dehlidə keçiriləcək sammitə təşkilat üzvləri ilə yanaşı, BRİKS-lə əməkdaşlıq edən dövlətlərin liderlərinin də dəvət olunacağı planlaşdırılır:

“Hindistan qonşu Banqladeşin təşkilata üzvlüyünü dəstəkləməyə qərar verib. Bu məqsədlə Banqladeş Baş naziri Tariq Rəhman sammitə dəvət olunub. Bu onun fevralda keçirilən seçkilərdəki qalibiyyətindən sonra Hindistana ilk səfəri və Baş nazir Narendra Modi ilə ilk görüşü olacaq.

Məsələ budur ki, Banqladeşdə 2024-cü ildə etiraz aksiyaları nəticəsində istefa verən baş nazir Şeyx Hasina Hindistanda sığınacaq tapmışdı. Bu iki ölkə arasında münasibətləri gərginləşdirmişdi.

Bu səbəbdən Banqladeşin yeni baş nazirinin Hindistana səfəri və Dehlinin qonşusunun BRİKS üzvlüyünə dəstəyi iki ölkə arasındakı münasibətləri normallaşdırmaq məqsədi daşıyır”.

Əhməd
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Avqust 2026 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri