Brilliant Dadaşova Mehriban Əliyevaya Fədayə Laçınla bağlı müraciət etdi
Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xalq artisti Brilliant Dadaşova Azərbaycanın I vitse- prezidenti Mehriban Əliyevaya məhbusların qaçmasına kömək etməkdə günahlandırılaraq həbs edilən müğənni Fədayə Laçınla bağlı müraciət edib. BAKU.WS-in məlumatına görə, Brilliant Dadaşova sosial şəbəkə vasitəsi ilə etdiyi müraciətdə bunları yazıb: "Əzizimiz, sevimli Mehriban xanım. Sizin sonsuz dərəcədə mehriban və qayğıkeş insan olduğunuzu bilirk və bu səbəbdən sizə müraciət edib, istedadlı müğənni, gənc qadın və ən əsası bir övlad anası Fədayə Laçına dəstək olmanızı, onu düşdüyü bəladan xilas etməyinizi xahiş edirik. Mən onu şəxsən tanımıram. Yalnız sizin ədalətli, xeyirxah və heç kəsin dərdinə indiyə kimi biganə qalmadığınızı bildiyim üçün Fədayə Laçına dəstək olacağınıza ümid edirəm. Biz uca tanrıdan cənab prezidentimizə, sizə, övladlarınıza can sağlığı, ailə səadəti diləyirik. Başımızın üstündə daim var olasınız".TuncayBAKU.WS
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Bu mövzuda digər xəbərlər:Dindarlar Mehriban Əliyevaya müraciət ünvanlayıblar
26 Avqust 2025 10:16
Əlisəmid Kürlə bağlı Mehriban Əliyevaya müraciət edildi
25 Sentyabr 2025 10:51
Brilliant Dadaşova ad günü etdi Video
16 Sentyabr 2025 09:48
Müğənni Səidə Dadaşova küsülü olduğu xalasından danışdı: Brilliant Dadaşova...
27 Noyabr 2024 14:41
Nazirdən cavab gəlmədi, Mehriban Əliyevaya müraciət etdi Fotolar
22 Sentyabr 2025 19:48
Baxış sayı:52
Bu xəbər 27 Yanvar 2026 03:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















