Britaniya 2028 ci ilə qədər Rusiyadan uran idxalını dayandırmaq istəyir
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Böyük Britaniya 2028-ci ilə qədər Rusiyadan uran idxalını tam dayandırmağı planlaşdırır.
APA xəbər verir ki, bu barədə məlumatı Londondakı Rusiya səfirliyi “İzvestiya”ya açıqlayıb.
Diplomatik nümayəndəlik bildirib ki, əvvəlcə Britaniya hökuməti Rusiyadan uran idxalını 2030-cu ildə tam dayandırmağı planlaşdırırdı, lakin ABŞ-la imzalanan “texnoloji rifah sazişi” çərçivəsində bu müddət 2028-ci ilə çəkilib.
Məlumata görə, söhbət ABŞ-dan birbaşa uran tədarükündən deyil, Fransanın EDF şirkətinə məxsus olan və mənşə etibarı ilə Rusiyadan olan nüvə yanacağının alınmasından gedir.
Rusiya səfirliyinin açıqlamasında qeyd olunub ki, Londonun Rusiya ilə ticarət məsələlərinə yanaşmasında iqtisadi məqsədəuyğunluq o qədər də həlledici amil sayılmır.
Baxış sayı:93
Bu xəbər 18 Noyabr 2025 07:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















