Britaniya Abramoviçdən “Çelsi”nin satışından əldə olunan 2.5 mlrd. funt sterlinqin Ukraynaya köçürülməsini tələb edir
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Böyük Britaniya rusiyalı oliqarx Roman Abramoviçdən “Çelsi” futbol klubunun satışından əldə olunan vəsaitdən 2.5 milyard funt-sterlinqin Ukraynaya köçürülməsini tələb edib.
APA “The Guardian“a istinadən xəbər verir ki, London məbləğin Ukraynada yalnız humanitar məqsədlər üçün istifadə olunmasını istəyir.
Böyük Britaniyanın Baş naziri Keir Starmer İcmalar Palatasında çıxışında sanksiyalara məruz qalmış oliqarx Abramoviçin əldə etdiyi vəsaitin Ukraynaya verməli olduğunu bildirib, bunun onun son şansı olduğunu, əks təqdirdə, oliqarxa qarşı hüquqi iş qaldırılacağı ilə bağlı xəbərdarlıq edib.
“Roman Abramoviçin öz vədini yerinə yetirməsi məsələsində zaman azalır. O, “Çelsi”nin satışından əldə edilən 2.5 milyard funt-sterlinqin Ukraynaya humanitar yardım olaraq veriləcəyinə söz vermişdi. Hökumət buna məhkəmə yolu ilə də nail olmağa hazırdır”, - Starmer vurğulayıb.
Qeyd edək ki, rusiyalı oliqarx “Çelsi” klubunu 2022-ci ildə satıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:24
Bu xəbər 17 Dekabr 2025 19:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















