Britaniya ABŞ nin Venesueladakı əməliyyatında iştirak etməyib Keir Starmer
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
Böyük Britaniyanın Baş naziri Keir Starmer ölkəsinin ABŞ-nin Venesuelada həyata keçirdiyi əməliyyatda heç bir formada iştirak etmədiyini bildirib.
Yeniavaz.com “BBC News”ə istinadən xəbər verir ki, o, məsələ ilə bağlı mövqe bildirməzdən əvvəl daha çox faktın dəqiqləşdirilməsinin vacib olduğunu vurğulayıb.
Starmer Venesuela Prezidenti Nikolas Maduronun ABŞ tərəfindən ələ keçirilməsi iddiaları fonunda ABŞ Prezidenti Donald Trampla bu mövzuda danışmadığını qeyd edib. Baş nazir deyib ki, vəziyyət sürətlə dəyişir və hazırda bütün detalları aydınlaşdırmaq lazımdır.
“Deyə biləcəyim odur ki, Böyük Britaniya bu əməliyyatda heç bir şəkildə iştirak etməyib”, – deyə Starmer əlavə edib.
Starmer həmçinin Böyük Britaniyanın beynəlxalq hüquqa riayət olunmasını hər zaman əsas prinsip hesab etdiyini qeyd edib, lakin mövcud şəraitdə tələskən qərar verməyin doğru olmadığını bildirib.
Bu mövzuda digər xəbərlər:Starmer: Britaniya Maduronu devirmək əməliyyatında iştirak etməyib
03 Yanvar 2026 17:21
Keir Starmer Ukraynaya getdi
16 Yanvar 2025 10:02
Britaniya ABŞ ın Venesueladakı hərəkətlərini haqlı sayır
05 Yanvar 2026 19:49
Makron və Starmer Venesueladakı vəziyyətə reaksiya verdi
04 Yanvar 2026 11:41
Baxış sayı:58
Bu xəbər 03 Yanvar 2026 22:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















