Icma.az
close
up
RU
Britaniya ABŞ tarifləri ilə bağlı cavab addımı atmayacaq

Britaniya ABŞ tarifləri ilə bağlı cavab addımı atmayacaq

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Britaniya hökuməti ABŞ Prezidenti Donald Trampın polad və alüminium idxalına tətbiq etdiyi tariflərdən narazı olduğunu bildirsə də, Avropa İttifaqından fərqli olaraq, Vaşinqtona qarşı cavab xarakterli ticarət tarifləri tətbiq etməyəcəyini açıqlayıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Britaniya hökuməti ölkənin polad sənayesinin kiçik olmasına baxmayaraq, ABŞ-ın müdafiə, neft-qaz və tikinti sahələri üçün ixtisaslaşmış məhsullar istehsal etdiyini, bu səbəbdən tariflərdən azad edilməli olduğunu əvvəlcədən vurğulamışdı. Tramp isə ötən ay iki ölkə arasında xüsusi ticarət sazişi əldə olunacağı təqdirdə, Britaniyanın bu tariflərdən yayınacağını bildirmişdi. Lakin razılaşma baş tutmadığı üçün Britaniya da Trampın tarif siyasətinə məruz qalıb.

Avropa İttifaqı isə tarif qərarına cavab olaraq, gələn aydan etibarən ABŞ-ın 26 milyard avro (28 milyard dollar) dəyərində məhsullarına qarşı əks tariflər tətbiq edəcəyini açıqlayıb.

Britaniyalı rəsmilər isə hökumətin ABŞ-a qarşı cavab xarakterli tariflər tətbiq etmək əvəzinə, tariflərdən azad olunmaq üçün danışıqlar aparacağını bildiriblər.

“ABŞ-ın bu gün polad və alüminiuma qlobal tariflər tətbiq etməsi məyusedicidir. Biz praqmatik yanaşmaya üstünlük veririk və əlavə tarifləri aradan qaldırmaq, eləcə də Britaniya biznesi və iqtisadiyyatı üçün faydalı olacaq daha geniş iqtisadi saziş bağlamaq üçün ABŞ ilə sürətli danışıqlar aparırıq”,- deyə Britaniyanın biznes naziri Conatan Reynolds bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 Mart 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri