Icma.az
close
up
RU
Britaniya Azərbaycanda qızıl yatağında tammiqyaslı hasilata başlayıb

Britaniya Azərbaycanda qızıl yatağında tammiqyaslı hasilata başlayıb

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Böyük Britaniyanın Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan “Anglo Asian Mining Plc.” (AAM) şirkəti mayın 19-da Gədəbəy rayonunda yerləşən “Gilar” qızıl yatağında tammiqyaslı hasilata başladığını elan edib.

"Hazırda hasilat “4-cü Zona”da aparılır. Əvvəlcə filiz dore ərintisi şəklində qızılın çıxarılması üçün qələvi üsulu ilə sonra isə mis konsentratı əldə etmək üçün flotasiya metodu ilə emal ediləcək. Şirkət gündəlik təxminən 2 min ton filiz çıxarmağı planlaşdırır", - məlumatda bildirilib.

Ölkə.az Report-a istinadən xəbər verir ki, şirkətdən vurğulanıb ki, “Gilar” “Anglo Asian Mining”in orta səviyyəli mis istehsalına keçidi kontekstində mühüm aktivdir.

Gözlənilir ki, hasilat həcmlərinin tədricən artırılmasından sonra yataqda hasilat ayda 50-60 min ton filizə çatacaq.

“Gilar”da tam miqyaslı hasilatın başlanması barədə məlumat verməkdən məmnunuq. 54 min tondan çox mis və 255 min unsiya qızıl ehtiyatları ilə “Gilar” orta səviyyəli mis istehsalına keçid strategiyamızda mühüm rol oynayacaq", - “Anglo Asian Mining”in baş direktoru Reza Veziri qeyd edib.

Daha əvvəl bildirildiyi kimi, “Gilar” yatağında ilk filizin hasilatı cari ilin mart ayında başlayıb.

"4-cü Zona”da filiz ehtiyatları 2,4 milyon ton həcmində qiymətləndirilir. Filizdə misin miqdarı 1,47 %, qızılın miqdarı isə 1,78 q/t təşkil edir.

Ümumilikdə, 2025-ci ildə AAM yataqdan təxminən 400 min ton filiz hasil etməyi nəzərdə tutur.

“Gilar” yatağı Gədəbəy müqavilə sahəsində şirkətin emal obyektlərindən təxminən 7 km məsafədə yerləşir. Yatağın JORC standartı üzrə ümumi mineral ehtiyatları 54 min ton mis və 255 min unsiya qızıl təşkil edir.

Strateji inkişaf planına əsasən, AAM 2029-cu ilə qədər orta səviyyəli çoxprofilli mis və qızıl istehsalçısına çevrilməyi planlaşdırır. Həmin vaxta qədər mis şirkətin əsas məhsulu olacaq və hasilat təxminən 50-55 min ton həcmində proqnozlaşdırılır. AAM bu artıma 2025-2029-cu illərdə “Zəfər”, “Gilar”, “Xarxar” və “Qaradağ” yataqlarında dörd yeni mədənin istismara verilməsi hesabına nail olmaq niyyətindədir.

Xatırladaq ki, hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir. 1997-ci il avqust ayının 21-də imzalanan Production Sharing Agreement (PSA) tipli müqavilə 6 yatağın işlənməsini nəzərdə tutub. Müqavilədə Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı 49 % təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 May 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri