Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Evinin sökülməməsi üçün altından yol çəkdi

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Britaniya Bakıda keçiriləcək COP29 öncəsi səyləri birləşdirməyə çağırıb Xəbər saytı Son xəbərlər və Hadisələr

Britaniya Bakıda keçiriləcək COP29 öncəsi səyləri birləşdirməyə çağırıb Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

COP sədrlərinin (Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliya) hökumətlərinin nümayəndələri, səfirlər, şirkət rəhbərləri, sahə ekspertləri noyabrın 13-də işinə başlayacaq COP29 iqlim konfransı ərəfəsində səyləri birləşdirmək üçün bu həftə Böyük Britaniya hökuməti tərəfindən təşkil edilmiş müzakirələrdə iştirak ediblər.

BAKU.WS xəbər verir ki, bu barədə report Böyük Britaniya hökumətinin press-relizinə istinadən bildirir.

Görüşə Böyük Britaniya hökumətinin nazirləri - energetika naziri Ed Milibend, inkişaf naziri Anneliz Dodds və ekologiya naziri Stiv Rid rəhbərlik ediblər.

Üç dəyirmi masa bərpa olunan enerjiyə keçidin maliyyələşdirilməsinə, iqlim dəyişkənliyinə dayanıqlılığa sərmayə yatırılmasının sürətləndirilməsinə və plastik çirklənməyə son qoymaq üzrə qlobal razılaşmaya həsr olunub.

"Görüşlər Böyük Britaniyanın özəl sektordan və maliyyə institutlarından daha çox maliyyə cəlb etmək üçün yeni və genişləndirilmiş maliyyələşdirmə hədəfinə nail olmaqda aparıcı rol oynamağı və inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyi ilə mübarizə və onun nəticələrinin azaldılması üçün yardımı genişləndirməyi planlaşdırdığı COP29-dan əvvəl baş tutub", - məlumatda deyilir.

İqlim modellərinin dəyişməsi Braziliyanın Amazon bölgəsinin bütün müşahidə tarixi ərzində ən ciddi quraqlıqlardan birini yaşamasına gətirib çıxarıb, Banqladeşdə getdikcə artan şiddətli daşqınlar və fırtınalar isə alçaqda yerləşən regionları dəniz səviyyəsinin yüksəlməsi ilə su altında qalmaq riski ilə üz-üzə qoyur. Həm Böyük Britaniyada, həm də dünyada iqlim dəyişikliyi ilə mübarizə enerji təhlükəsizliyini, iqtisadi artımı və indiki və gələcək nəsillərin qorunmasını təmin etmək üçün vacibdir.

Hər bir dəyirmi masada hökumətin iqlim gündəliyini dəstəkləmək üçün iştirakçılarla razılaşmaların əldə edilməsinə və Bakıda səmərəli dialoq üçün zəmin yaradılmasına diqqət yetirilirdi.

Energetika naziri Milibendin moderatorluğu ilə "yaşıl" enerjiyə keçid üçün maliyyənin səfərbər edilməsinə dair dəyirmi masada həmçinin BEA-nın icraçı direktoru Fatih Birol, Azərbaycanın maliyyə naziri Samir Şərifov və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende də iştirak ediblər.

"İştirakçılar razılaşdılar ki, formalaşmaqda olan bazara və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkələrdə təmiz enerjiyə sərmayənin artırılması qlobal səviyyədə razılaşdırılmış hədəflərə nail olmaq - 2030-cu ilə qədər bərpa olunan enerjini üç dəfə artırmaq və enerji səmərəliliyi göstəricilərini ikiqat artırmaq üçün açardır və bu, Paris Sazişində nəzərdə tutulduğu kimi, qlobal temperatur artımını 1,5 °C ilə məhdudlaşdırmağa imkan verəcək", - məlumatda deyilir.

"Gələn həftə COP29-da biz iqlim böhranı ilə mübarizədə ambisiyaları artırmaq üçün digər ölkələrlə işləyəcəyik, çünki indi qətiyyətli fəaliyyət zamanıdır", - Milibend deyib.

İnkişaf naziri Doddsun rəhbərlik etdiyi və uyğunlaşma və dayanıqlılıq üçün iqtisadi əsaslanmanın formalaşdırılması üzrə olan başqa bir dəyirmi masada

iştirakçılar iqlim uyğunlaşmasının maliyyələşdirilməsində, xüsusən də nəticələrin yüngülləşdirilməsi ilə müqayisə olunduqda, ciddi boşluq olduğunu və bunun həll edilməsinin zəruriliyini qəbul ediblər. Onlar həmçinin investisiya qərarlarının qəbulu zamanı iqlim risklərinin nəzərə alınmasının təmin edilməsinin zəruriliyindən danışıblar.

"İştirakçılar iqlimə dayanıqlı maliyyələşmə üçün iqtisadi əsasın yaradılması zəruriliyi və dövlət-özəl sektor tərəfdaşlığın bu məqsədə çatmaq üçün vacib olduğu barədə razılığa gəliblər", - məlumatda deyilir.

Dodds bildirib ki, iqlim dəyişikliyinin təsirlərinə dayanıqlılıq yaratmaq üçün təcili olaraq əlavə tədbirlərə ehtiyac var: "Biz iqlim böhranının getdikcə daha çox dağıdıcı təsirlərinə tab gətirə biləcək qlobal iqtisadiyyat və infrastruktur qurmalıyıq. Bu, özəl maliyyələşdirməni açmaq və lazım olan 387 milyard dollara çatmaq üçün bütün qlobal maliyyə sisteminin diqqətini tələb edəcək".

"Bizim müzakirələrimiz COP29-un iqlimin maliyyələşdirilməsinə diqqətinin əsasını qoyur və birlikdə bu problemin miqyasına cavab verə biləcəyimizə inam yaradır", - o əlavə edib.

Ekologiya naziri Stiv Ridin sədrliyi ilə plastik çirklənmə ilə bağlı müqaviləyə dair dəyirmi masada aparıcı müəssisələrin, ticarət şirkətlərinin və maliyyə institutlarının rəhbərləri noyabrın sonlarında Pusanda keçiriləcək BMT danışıqlarında plastik çirklənməyə dair iddialı, hüquqi cəhətdən icbari olan sazişin razılaşdırılmasının vacibliyini müzakirə ediblər və 2040-cı ilə qədər plastik çirklənməyə son qoymağa çağıran bəyanat imzalayıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://baku.ws
archiveBu xəbər 09 Noyabr 2024 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see344

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see337

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see336

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see285

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see273

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see266

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see263

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see263

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see236

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see233

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see225

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see222

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see218

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see217

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see214

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see206

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see198

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see192

Evinin sökülməməsi üçün altından yol çəkdi

19 Noyabr 2026 01:37see173

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri