Britaniya bazası vurulub, İran hücumları genişləndirmək istəyir KİV
Icma.az bildirir, Olke.az portalına istinadən.
Yaxın Şərqdə gərginlik kəskin şəkildə artıb.
Ölkə.Az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, İsrailin Hayfa şəhəri Livan ərazisindən atılan raketlərin hədəfinə çevrilib. Məlumata görə, “Hizbullah” qüvvələri hərbi əməliyyatlara başlayıb.
Eyni zamanda, Bəhreyndə İran tərəfdarları ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında küçə toqquşmaları baş verir.
ABŞ və İsrail hava qüvvələrinin İran ərazisinə zərbələr endirdiyi bildirilir. İddialara əsasən, paytaxt Tehran və Təbriz şəhəri hədəf alınıb. Təbrizdə əsas radar stansiyası, hava limanı və neft emalı zavoduna hücum edildiyi qeyd olunur.
İran mediası isə Kiprdə yerləşən RAF Akrotiri hava bazasının zərbəyə məruz qaldığını iddia edir. Akrotiri bazası Böyük Britaniyanın Aralıq dənizi regionundakı ən mühüm hərbi məntəqələrindən biridir və Yaxın Şərqdə aparılan əməliyyatlarda mühüm rol oynayır.
Bundan əlavə, İsrailin 12-ci Kanalının yaydığı məlumata görə, İran müharibəni dayandırmaq niyyətində deyil və hücumlarını genişləndirməyi planlaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 02 Mart 2026 04:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















