Icma.az
close
up
RU
Britaniya bu ölkələrin vətəndaşlarına viza verməyəcək

Britaniya bu ölkələrin vətəndaşlarına viza verməyəcək

Icma.az bildirir, Azpost portalına istinadən.

Britaniya hakimiyyəti Angola, Namibiya və Konqo Demokratik Respublikasının vətəndaşlarına viza verilməsini müvəqqəti dayandırmağı nəzərdən keçirir. AzPost xəbər verir ki, məlumatı The Times Britaniyanın Daxili İşlər Nazirliyindəki mənbələrə istinadən yayıb.

Xəbərə görə, London bu addımı sözügedən ölkələrin qanunsuz miqrantların geri qəbuluna razılıq verməməsi ilə əlaqələndirir. Məlumata əsasən, həmin dövlətlər Böyük Britaniyada qanunsuz yaşadığı müəyyən edilmiş təqribən 4 min vətəndaşını geri qəbul etməkdən imtina edib.

Bildirilir ki, noyabrın 13-də Britaniya DİN bu ölkələrin Londondakı səfirliklərinə rəsmi xəbərdarlıq göndərib. Hakimiyyət Angolaya, Namibiyaya və Konqo DR-ə siyasətlərini dəyişmək üçün bir ay vaxt verib.

Əgər bu müddətdə əməkdaşlıq qurulmasa, ilk mərhələdə həmin ölkələrin diplomatları və digər imtiyazlı şəxsləri üçün sürətli viza proseduru ləğv ediləcək – onlar müraciətləri adi qaydada təqdim etməli olacaqlar.

Növbəti mərhələdə məhdudiyyətlər bu ölkələrin bütün vətəndaşlarına şamil edilə bilər. Britaniya ABŞ-ın tətbiq etdiyi kimi tam viza qadağası qərarını da gündəmə gətirə bilər.

Mənbələr bildirir ki, oxşar risklər Hindistan, Pakistan, Nigeriya, Banqladeş, Somali və Gabon üçün də mövcuddur – bu ölkələrin də deportasiya məsələsində əməkdaşlıq səviyyəsi Londonu qane etmir.

Qeyd edək ki, Britaniyanın DİN avqust ayında açıqlamışdı ki, 2024-cü ilin iyulundan bəri ölkəyə 50 mindən çox qanunsuz miqrant daxil olub. Krallıq 2018-ci ildən bəri La-Manş boğazını qeyri-qanuni yollarla keçən miqrantlarla bağlı artan problemlə üz-üzədir.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azpost.info
archiveBu xəbər 17 Noyabr 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see203

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see185

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see170

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see153

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see142

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see141

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Şamanlardan 2026 üçün səs küylü proqnoz: Tramp xəstələnəcək!

31 Dekabr 2025 09:40see134

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri