Britaniya Çaqos bazasından istifadəyə görə Mavrikiyə 11 milyard dollar təklif edib
Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Britaniya Çaqos arxipelaqında yerləşən Dieqo-Qarsiya adasındakı hərbi bazadan 99 il istifadəyə görə Mavrikiyə ildə 90 milyon funt-sterlinq (110 milyon ABŞ dolları) ödəməyi təklif edib.
“Report” xəbər verir ki, bu barədə Financial Times (FT) öz mənbələrinə istinadən məlumat yayıb.
Oktyabrın 3-də Britaniya hökuməti Hind okeanının mərkəzində yerləşən Çaqos arxipelaqını onun suverenliyinə keçirmək üçün Mavrikiy ilə müqavilə bağladığını elan edib.
Eyni zamanda, əldə olunmuş razılaşmalara əsasən, Dieqo-Qarsiya adasındakı Britaniya-Amerika hərbi bazası ən azı 99 il fəaliyyətini davam etdirməlidir.
Daha sonra Mavrikinin yeni baş naziri Navin Ramqulam sazişin ilkin variantı ilə razılaşmadığını bildirib. Onun fikrincə, müqavilə indiki formada millətin gözlədiyi faydaları gətirməyəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 09 Yanvar 2025 06:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















