Britaniya Dəniz Qüvvələrinin rəhbəri arvadına xəyanətə görə işdən kənarlaşdırıldı
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Böyük Britaniya Dəniz Qüvvələrinin 59 yaşlı komandanı admiral Ben Ki arvadına xəyanət etdiyi və tabeliyində olan qadın zabitlə əlaqədə olduğu üçün vəzifəsindən uzaqlaşdırılıb. Bu, Kral Donanmasının prinsiplərinin kobud şəkildə pozulması hesab olunur.
Oxu.Az "The Sun"a istinadən xəbər verir ki, Ben Ki 9 mayda şəxsi səbəblərə görə erkən istefa vermək istəsə də, istintaq prosesinin başlaması səbəbi ilə müraciəti rədd edilib.
Dəniz Qüvvələrinin rəhbərinin tabeliyində olan qadın zabitlə qeyri-iş münasibətləri ilə bağlı istintaq qurumun 500 illik tarixində birinci belə hadisədir. Onun rütbəsində olan bir şəxs ən son 1757-ci ildə hərbi tribunal qarşısında çıxıb. O zaman admiral Con Bing fransızlarla döyüşdə "mümkün olan hər şeyi etməmək" ittihamı ilə güllələnib.
Qeyd edək ki, Ben Ki 2021-ci il noyabr ayında Kral Donanmasının başçısı təyin edilib. O, 1994-cü ildə Elli adlı xanımla evlənib. Cütlüyün iki oğlu və bir qızı var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 10 May 2025 21:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















