Britaniya Gürcüstana bütün yardım proqramlarını dayandırıb
Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Gürcüstan hakimiyyəti tərəfindən etirazçılara və jurnalistlərə qarşı zorakılığın şokedici görüntüləri qəbuledilməzdir və dayandırılmalıdır”
Böyük Britaniya Gürcüstana bütün yardım proqramlarını dayandıracaq və respublika hakimiyyətinin hökumət əleyhinə iğtişaşlara reaksiyası fonunda Gürcüstan hakimiyyəti ilə, o cümlədən müdafiə sahəsində qarşılıqlı fəaliyyəti məhdudlaşdıracaq. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Lamminin bəyanatında deyilir.
“Gürcüstan hakimiyyəti tərəfindən etirazçılara və jurnalistlərə qarşı zorakılığın şokedici görüntüləri qəbuledilməzdir və dayandırılmalıdır. Bu hərəkətlər Gürcüstanın beynəlxalq reputasiyasına xələl gətirir və Gürcüstanın Avropa gələcəyinə dair konstitusiya öhdəliyinə ziddir. Mövcud hadisələr fonunda Böyük Britaniya Gürcüstan hökumətinə bütün yardım proqramlarını dərhal dayandıracaq, müdafiə sahəsində əməkdaşlığı və “Gürcü Arzusu” hökumətinin nümayəndələri ilə qarşılıqlı əlaqəni Avropa demokratik norma və azadlıqlarından uzaqlaşma dayandırılana qədər məhdudlaşdıracaq”, nazir bəyanatında vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 10 Dekabr 2024 07:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















