Britaniya hərbçisi: Qərb Putinin qorxusundan Ukraynaya qoşun göndərməyəcək
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Britaniya ordusunun istefada olan polkovniki Riçard Kemp hesab edir ki, ölkəsi Ukraynaya öz nüvə silahının yaradılmasına kömək etməlidir.
Teleqraf xəbər verir ki, o, Odessada keçirilən Qara Dəniz Təhlükəsizlik Forumunda çıxış edib.
R.Kemp deyib ki, bu, Kiyevlə strateji tərəfdaşlıq sazişinin bir hissəsi kimi icra olunmalıdır.
O bildirib: "Hesab edirəm ki, Böyük Britaniya taktiki nüvə silahlarının yaradılmasını öhdəsinə götürməli idi. Bunun nə qədər baha olduğunu başa düşürəm, amma belə bir tədbir Rusiya üçün çəkindirici ola bilərdi. Yaxud biz Ukraynaya öz nüvə potensialını inkişaf etdirməyə kömək etməliyik, axı Kiyev Qərbin təklif etdiyi zəmanətlər müqabilində ondan imtina edib, Qərb isə öz öhdəliklərini yerinə yetirmədi. Buna görə də, məncə, bu gün nüvə silah məsələsini nahaq yerə diqqətdən kənarda qalıb və hətta belə görünür ki, gündəmdən çıxarılıb".
Ətraflı
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski əvvəllər ölkəsinin nüvə silahı əldə etmək ehtimalına eyham vursa da, sonradan Ukrayna hakimiyyəti mütəmadi olaraq atom bombası hazırlamaq planlarının olmadığını açıqlayıb.
Onun sözlərinə görə, qərbin belə imkanları yoxdur və onlar “Putindən çox qorxurlar”.
R.Kemp bildirib: “Bizim töhfəmiz, əgər olacaqsa, çox güman ki, arxa cəbhədə Ukrayna qoşunlarına təlim keçmək və onların potensialını inkişaf etdirməklə məhdudlaşacaq”.


