Britaniya hökuməti “Rolls Royce” ilə 11 milyard dollarlıq müqavilə imzalayıb AZƏRTAC
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
London, 24 yanvar, AZƏRTAC
Böyük Britaniya hökuməti “Rolls-Royce” şirkəti ilə 9 milyard funt sterlinq (11 milyard dollar) dəyərində səkkizillik müqavilə imzalayıb.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, bu müqavilə çərçivəsində şirkət nüvə reaktorlarının dizaynını, istehsalını və texniki dəstəyini təmin edəcək. Bu reaktorlar Britaniyanın sualtı qayıq donanmasını gücləndirmək üçün nəzərdə tutulub.
Böyük Britaniyanın Müdafiə Nazirliyi bildirib ki, bu müqavilə çərçivəsində həmişə ən azı bir nüvə silahı ilə təchiz edilmiş ballistik raket daşıyan sualtı qayığın patrulda olması təmin ediləcək. Eyni zamanda, bu müqavilə Böyük Britaniyanın ABŞ və Avstraliya ilə AUKUS müdafiə paktını möhkəmləndirəcək.
Müdafiə naziri Con Hili müqavilənin “Rolls Royce” şirkəti ilə bir neçə kiçik müqaviləni birləşdirərək Britaniyanın səkkiz il ərzində 400 milyon funt sterlinq qənaət edəcəyini bildirib.
“Unity” adlanan yeni müqavilə hazırda tikilməkdə olan “Dreadnought” sinfinə aid nüvə sualtı qayıqları üzərində işləri dəstəkləyəcək. Hökumətin məlumatına görə, bu müqavilə çərçivəsində 1000 yeni iş yeri yaradılacaq və 4 min mövcud iş yeri qorunacaq.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 24 Yanvar 2025 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















