Britaniya Hörmüz boğazı ilə bağlı plan üzərində müttəfiqlərlə əməkdaşlıq edir
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Böyük Britaniya Hörmüz boğazında gəmilərin hərəkətini təmin edəcək kollektiv plan hazırlamaq üçün avropalı müttəfiqlərlə əməkdaşlıq edir.
Bunu Böyük Britaniyanın Baş naziri Keir Starmer mətbuat konfransında deyib.
O, Britaniyanın Hörmüz boğazının açılmasını ehtiva edəcək plan üzərində aktiv şəkildə işlədiyini bildirib.
“Biz artıq başqa ölkələrlə birlikdə fövqəladə vəziyyətlər üçün nəzərdə tutulan neft ehtiyatlarımızı istifadəyə açmışıq. Bu, əvvəllər görülməmiş səviyyədə həyata keçib. Amma nəticə olaraq biz bazarda stabilliyi təmin etmək üçün Hörmüz boğazını açmalıyıq”, - Starmer vurğulayıb.
Eyni zamanda, Baş nazir əlavə edib ki, Britaniya və onun müttəfiqlərini qorumağa çalışarkən “daha böyük bir müharibəyə qarışmayacaqlar”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 16 Mart 2026 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















