Britaniya İsraildəki diplomatik nümayəndəliklərində çalışanların ailə üzvlərini geri çağırıb
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
London, 18 iyun, AZƏRTAC
Britaniya İsraildəki diplomatik nümayəndəliklərində çalışanların ailə üzvlərini geri çağırıb.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, İran və İsrail arasında davam edən münaqişə ilə bağlı yaranmış ciddi təhlükələr səbəbindən Böyük Britaniyanın İsraildəki səfirliyi və konsulluğunda çalışan əməkdaşların ailə üzvləri müvəqqəti olaraq geri çağırılıb.
“Təl-Əvivdəki Britaniya səfirliyi və Qüdsdəki konsulluqda çalışan əməkdaşların ailə üzvləri ehtiyat tədbiri olaraq müvəqqəti geri çağırılıb”,- deyə Britaniya Xarici İşlər Nazirliyinin İsraillə bağlı səyahət tövsiyələri bölməsində qeyd olunub.
Bəyanatda bildirilib ki, səfirlik və konsulluq britaniyalı vətəndaşlara göstərilən xidmətlər də daxil olmaqla, zəruri fəaliyyətlərini davam etdirir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 18 İyun 2025 19:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















