Icma.az
close
up
RU
Britaniya Kralı: II Dünya müharibəsinin faciələri bu gün də təkrar olunur

Britaniya Kralı: II Dünya müharibəsinin faciələri bu gün də təkrar olunur

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 15 avqust, AZƏRTAC

Avqustun 15-də Britaniya Kralı III Çarlz müttəfiqlərin Yaponiya üzərində qələbəsini və İkinci Dünya müharibəsinin başa çatmasını bildirən VJ Gününün 80-ci ildönümünü münasibətilə dünya ictimaiyyətinə müraciət edib.

AZƏRTAC “The Guardian” nəşrinə istinadla xəbər verir ki, Britaniya Kralı hazırda davam edən müharibə və silahlı münaqişələrin bəşəriyyət üçün ağır fəsadlarını qeyd edib. Onun sözlərinə görə, Avropada döyüşlər 1945-ci ilin mayında başa çatsa da, Yaponiya ilə münaqişə ABŞ tərəfindən Xirosima və Naqasakiyə atom bombaları atıldıqdan sonra həmin il avqustun 15-də yaponların təslim olmaq niyyətini bildirənə qədər davam edib. III Çarlz müharibənin son günlərinin Xirosima və Naqasaki üçün böyük fəlakət gətirdiyini deyib, heç bir xalqın bu faciəni bir daha yaşamaması üçün dua edib.

Kral III Çarlz ilə birlikdə kraliça Kamilla, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Yaponiya səfiri və Milli Anım Xidmətinin veteranları müharibənin son üç ayında həlak olanların xatirəsini yad ediblər.

Tarixi hərbi təyyarələrin nümayiş olunduğu uçuş meydanında günorta saatlarında bir dəqiqəlik sükut elan olunub. Axşam isə ölkənin hər yerindəki məşhur binalar bu münasibətlə işıqlandırılacaq.

Monarx altı dəqiqəlik müraciətindən davam edən münaqişələri vurğulamaq üçün istifadə edib: “Müharibənin əsl mahiyyəti döyüş meydanlarından kənara çıxır, həyatın hər tərəfinə toxunur, həmin faciə bu gün bütün dünyada baş verən münaqişələrdə də təkrar olunur”. O, İkinci Dünya müharibəsində heç vaxt yan-yana vuruşmamış xalqların birlikdə işləməyi öyrəndiyini, hərb və sülh dövründə ən böyük nailiyyətin silahların “susması” olduğunu deyib. “Bu, dövrümüz üçün həyati bir dərs olaraq qalır”, -deyə Kral vurğulayıb.

Baş nazir Starmer açıqlamasında bildirib: “Ölkənin daha yaxşı gələcək üçün mübarizə aparanlara böyük bir borcu var, onların sayəsində bu gün zövq aldığımız azadlıqlara və həyata sahibik”.

Britaniya hökuməti bildirib ki, səhər saatlarında Londonun mərkəzindəki “Cenotaph” müharibə memorialında, Edinburq qəsrində və İngiltərənin mərkəzindəki Milli Memorial Dendrarisində anım mərasimi keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Avqust 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see181

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see152

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see150

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see139

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see136

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri