Britaniya ordusunun kəşfiyyatçısı həbs edildi
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ölkə.az xəbər verir ki, bu barədə "Kommersant" "The Times" nəşrinə istinadən məlumat yayıb.
London polisinin terrorizmlə mübarizə idarəsindən bildirilib ki, 1-ci dərəcəli matros Teddi Yanq 2024-cü ilin aprelində yüksək səviyyəli buraxılış əldə edərək HDQ-nin kəşfiyyatında işə başlayıb.
Polisin məlumatına görə, o, 2024-cü ilin noyabrından 2025-ci ilin mayınadək xarici dövlətə ötürmək məqsədilə "qorunan məlumatlara çıxış əldə edib, onları kopyalayıb və saxlayıb".
Lakin polisin bəyanatında matrosun bu məxfi məlumatları ötürdüyü, yoxsa sadəcə bunu etməyə hazırlaşdığı qeyd olunmur. Həbsindən sonra Yanq Londonda magistrat hakimi qarşısına çıxarılıb və hakim onun oktyabrın 16-na təyin edilmiş növbəti məhkəmə iclasına qədər həbsdə saxlanılmasına qərar verib. Britaniya HDQ-nin nümayəndəsi vəziyyəti şərh etməkdən imtina edərək, istintaqın bu mərhələsində bunun "yersiz" olacağını bildirib.(Report)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 09 Oktyabr 2026 00:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















