Icma.az
close
up
RU
Britaniya Parlamenti bu təxribatın qarşısını almasa…

Britaniya Parlamenti bu təxribatın qarşısını almasa…

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

"Məlum olduğu kimi, fevralın 18-də Böyük Britaniya Parlamentinin hər iki palatasının- Lordlar və İcmalar palatalarının 7 üzvünün iştirak etdiyi qrup tərəfindən “Dağlıq Qarabağda mədəni irsin dağıdılmasının araşdırılması” adı altında ölkəmizə qarşı qərəzli təşəbbüsə start verilib".

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputataı Azay Quliyev deyib.

Deputatın sözlərinə görə qırnaqarası araşdırmanın adı da, mahiyyəti də, təşkilatçıları da Azərbaycanın əleyhinə hazırlanmış məkrli planın miqyasından xəbər verir:

"Belə ki, mövcud olmayan, artıq hər kəsdə ikrah hissi doğuran və son üç ildə bütün beynəlxalq qurumların leksikonundan tamamilə çıxarılmış “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi təkcə ölkəmizin ərazi bütövlüyünə və beynəlxalq hüquq normalarına qarşı yönəlmiş addım deyil.

Bu, eyni zamanda, 30 illik qanlı münaqişədən sonra Cənubi Qafqazda böyük çətinliklə formalaşan sülh və etimad mühitinə zərbə vurmaq, bu prosesi sabotaj etmək və yeni qarşıdurma üçün qondarma narrativlər uydurmaq cəhdidir.

“Araşdırma”nın əsas təşəbbüskarı 12 yanvar 2026-cı ildə Birləşmiş Krallığın parlamentində qeydiyyatdan keçmiş “Ermənistan üzrə Partiyalararası Parlament Qrupu”dur.

Azay Quliyev bildirib ki, qrupun katibliyini isə Birləşmiş Krallığın Erməni Milli Komitəsi həyata keçirir:

"Məsələyə beynəlxalq diqqəti artırmaq məqsədilə Parlamentin Beynəlxalq Hüquq, Ədalət və Hesabatlılıq üzrə Qrupu və Lordlar Palatasından Baronessa Kennedinin rəhbərlik etdiyi Beynəlxalq Vəkillər Assosiasiyasının İnsan Haqları İnstitutunu cəlb ediblər.

Deməli, bunlar ölkəmizə qarşı beynəlxalq təşkilatlardan istifadə etməklə yeni bir kampaniya dalğası hazırlayırlar.

Onlar bunu heç, gizlətmirlər də.

Yaydıqları məlumatda açıq şəkildə bildirilir ki, məqsədləri 2023-cü ildən sonra “Dağlıq Qarabağ”da erməni mədəni irsinin dağıdılmasının miqyasını və xarakterini qiymətləndirmək, beynəlxalq və milli hüquq çərçivəsində ədalət, məsuliyyət və kompensasiya imkanlarını müəyyənləşdirmək və Birləşmiş Krallıq hökuməti ilə beynəlxalq təşkilatlar üçün hesabatlar və tövsiyələr hazırlamaqdır".

Millət vəkili vurğulayıb ki, belə bir təxribatçı və eyni zamanda təhlükəli qrupun Azərbaycana dost hesab etdiyimiz Böyük Britaniya Parlamentində fəaliyyətə başlaması dərin təəssüf hissi doğurur:

"Britaniyalı dostlarımız və həmkarlarımız, o cümlədən bu təxribatın təşkilatçıları da yaxşı bilirlər ki, Azərbaycanda dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq bütün mədəni və dini abidələrə hörmətlə yanaşılır.

Bakıda erməni kilsəsinin qorunması, Şuşada Qazançı kilsəsinin təmiri bunun çoxsaylı nümunələrindəndir.

Hesab edirəm ki, Britaniya hökuməti və Parlament rəhbərliyi heç bir halda bu cür təhlükəli təşəbbüslərə səssiz qalmamalı, Cənubi Qafqazda sülh və təhlükəsizliyə yönəlmiş bu təxribatı qəti şəkildə pisləməli və Azərbaycan–Böyük Britaniya münasibətlərinə zərər verə biləcək bu məkrli planın həyata keçirilməsinə imkan verməməlidir.

Əks halda, bu, təxribat ikitərəfli münasibətlərə və regional sülhə və təhlükəsizliyə zərər vura bilər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Fevral 2026 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see334

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see325

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see316

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see308

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see303

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see295

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see286

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see276

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see271

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see267

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see249

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see231

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see229

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see220

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see217

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see211

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see194

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see185

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri