Britaniya quş qripi pandemiyasına hazırlıq üçün 5 milyon doza peyvənd alıb
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Böyük Britaniya hökuməti quş qripi ilə bağlı potensial pandemiyaya qarşı mübarizə məqsədilə 5 milyon dozadan çox quş qripi peyvəndi alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, bu addım virusun quşlar arasında yayılmasının artması fonunda atılıb. Hazırda virusun insandan insana ötürülməsinə dair heç bir sübut yoxdur və peyvənd yalnız virus insanlar arasında yayıldığı təqdirdə istifadə üçün nəzərdə tutulub.
Oksford Universitetinin Oksford Peyvənd Qrupunun direktoru Endryu Pollard bildirib ki, qripin yeni bir ştamının ortaya çıxması pandemiya təhlükələri siyahısında birinci yerdə qalır və buna görə də H5 kimi potensial riskli qrip növlərinə qarşı davamlılığın təmin edilməsi gələcək pandemiya və epidemiyaya hazırlıq üçün vacibdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 04 Dekabr 2024 01:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















